Bazar ertəsi, 08 İyul

NATO baş katibi yeni Minsk razılaşmaları fikrini rədd edir

image

Yeni Minsk razılaşmaları (“Minsk-3”) Ukrayna və NATO-ya yaraşmır. Kiyevə təhlükəsizlik zəmanəti lazımdır.

Xəbər verilir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“NATO Minsk-3-ü istəmir. NATO istəyir ki, Rusiyanın aqressiyasına son qoyulsun ki, ukraynalılar nəzarəti ələ keçirsin”, – Stoltenberq bildirib.

İlk Minsk razılaşması 2014-cü il sentyabrın 5-də Minskdə imzalanıb. Donetsk və Luqansk vilayətlərində atəşkəs əldə edilib. Sənədi Ukraynanın o vaxtkı prezidenti Pyotr Poroşenko və Rusiya prezidenti Vladimir Putin imzalayıblar. “Minsk-2” Almaniya, Fransa, Ukrayna və Rusiya liderlərinin 2015-ci il fevralın 11-12-də Minskdə keçirilən sammitində qəbul edilib və imzalanıb. Onun məqsədi həm də Ukraynanın şərqindəki silahlı münaqişəni həll etmək olub. 24 fevral 2022-ci ilə qədər bu razılaşma mübahisənin həlli yolu kimi görünürdü.

Rusiya Federasiyasının prezidenti bəyan edib ki, Minsk razılaşmaları Ukraynanın onları pozması səbəbindən artıq Moskva üçün faydalı deyil. Senator Vladimir Cabarov bildirib ki, Minsk razılaşmaları Rusiyaya Qərbə etibar etməməyi öyrədib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15