Şənbə, 20 İyul

Sahələrdən 2 milyon tondan çox taxıl yığılıb

image

Taxıl sahələrində biçin prosesi davam edir. Kənd Təsərrüfatı Nazirliyi taxıl biçininin təşkili ilə bağlı yaradılmış operativ qərargahın məlumatına görə, iyunun 4-dək ölkə üzrə taxıl sahələrinin 62,8 faizində biçin başa çatıb.

Nazirlikdən verilən məlumata görə, mexanizatorlar tərəfindən 635 646 hektar sahədə biçin aparılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 30844 hektar artıqdır.

Arpa sahələrinin 86,4 faizində, buğda sahələrinin isə 45,7 faizində biçin tam yekunlaşıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29,7 sent/ha, buğda üzrə isə 31,9 sent/ha təşkil edir.

Zəmilərdən bugünədək 2 025 070 ton məhsul yığılıb, yığılan məhsulun 1 089 912 tonu arpa, 935 158 tonu buğdadır.

Hazırda biçin prosesində 1576 kombayn iştirak edir. Bunlardan 633-ü “Aqroservis” ASC-nin, 943-ü isə fiziki və hüquqi şəxslərin özəl mülkiyyətində olan kombaynlardır.

Respublikada biçin prosesinin optimal müddətdə başa çatdırılması nəzərdə tutulur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15