Şənbə, 06 İyul

Türk silahları dünyanın 185 ölkəsində istifadə olunur

image

2024-cü ilin iyun ayında Türkiyənin müdafiə və aviasiya kompleksinin şirkətlərinin ixracı 563 milyon dollara çatıb.

Xəbər verilir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün çərşənbə axşamı sosial şəbəkələrdə paylaşıb.

Nəşrə görə, ilin birinci yarısında Türkiyənin müdafiə təyinatlı məhsullarının xaricə tədarükünün həcmi ümumilikdə 2 milyard 883 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 21,6 faiz çoxdur.

“Məqsədimiz yüksək əlavə dəyərə malik məhsullar sayəsində Türkiyənin hərbi-sənaye kompleksinin uzunmüddətli, mütərəqqi artımını təmin etməkdir. Biz fəxr edirik ki, Türkiyə müdafiə şirkətlərinin məhsulları dünyanın 185 ölkəsində uğurla istifadə olunur”, - deyə Görgün qeyd edib.

Haluk Görgün müdafiə və aviasiya şirkətlərini “Türkiyənin yüksələn parlaq ulduzu” adlandırıb.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15