Bazar, 07 İyul

Peskov: Putinin Türkiyə səfərinin tarixi hələ dəqiqləşməyib

image

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Türkiyə səfərinin tarixi hələ dəqiqləşməyib.

Xəbər verilir ki, bu barədə TASS-a Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib. Peskov həmçinin səfərin vaxtının diplomatik kanallarla razılaşdırılacağını deyib.

Qeyd edək ki, iyulun 3-də Putin və Ərdoğan ŞƏT sammiti çərçivəsində səfərdə olduqları Astanada görüşərək ikitərəfli danışıqlar aparıblar.

Görüşdə Putin Ərdoğana söz verib ki, o, Türkiyəyə mütləq səfər edəcək. Onun səfəri çoxdan planlaşdırılıb, lakin səfərin dəqiq tarixini razılaşdırmaq mümkün olmayıb. Ərdoğan ən qısa zamanda Putinin səfərini gözlədiyini deyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15