Bazar, 07 İyul

Amerikalı məşhur aktyorun mirasının məbləği məlum oldu

image

"Dostlar" serialının ulduzu, aktyor Metyu Perrinin mirasının 120 milyon dollar (204 milyon manat) olduğu məlum olub.

Məbləğ artistin bir neçə il əvvəl yaratdığı "Alvy Singer Living Trust"ın hesabındadır (bu adın Vudi Allenin rejissoru olduğu "Enni Holl" filmindəki personajla bağlı olduğu ehtimal edilir). Benefisiarlar arasında Perrinin ailə üzvləri, eləcə də onun keçmiş sevgilisi Reyçel Dann var.

Həmçinin bildirilib ki, sənətçi "Dostlar" filminin çəkilişinə görə, hər il qalıq gəlir kimi 20 milyon dollar (34 milyon manat) əldə edib.

Qeyd olunub ki, aktyor dünyasını dəyişən zaman onun şəxsi bank hesabında 1,5 milyon dollar (təxminən 2,5 milyon manat) olub.

Xatırladaq ki, 2023-cü ilin 28 oktyabr tarixində amerikalı aktyorun meyiti Los-Ancelesdə evinin hamam otağında tapılıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15