Şənbə, 20 İyul

Daha bir ölkə iranlı idmançılara VİZA VERMƏDİ

image

Müxtəlif ölkələrin iranlı idmançılara viza verməməsi hələ də davam edir.

Xəbər verilir ki, bu dəfə Niderland iranlılara idman yarışında iştirak etmək üçün viza verməyən digər Avropa ölkələri qrupuna qoşulub.

Məlumata görə, İranın oturaq voleybolçuları (oturaq voleybol - aşağı ətraflarının hərəkət məhdudiyyətli insanların idman növü) idman sahəsində diplomatiyanın zəifliyinə tuş gəliblər.

Qeyd olunub ki, İranın Oturaq Voleybol üzrə Milli Komandası Parisdə Paralimpiya Oyunlarında iştirak etməzdən öncə və sonrakı hazırlıq məqsədi ilə Niderlandda keçiriləcək beynəlxalq turnirdə qatılmalı idi. Ancaq Niderland səfirliyi iranlılara viza verməkdən imtina edib. Hələlik iranlı idmançılara viza verilməməsinin səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15