Şənbə, 20 İyul

Bu gün Əhməd Əhmədovun məhkəməsidir

image

Bu gün, iyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində ailə üzvlərini qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun məhkəməsi davam etdiriləcək. Məhkəməyə hazırlıq iclası iyunun 25-də hakim Səbinə Məmmədzadənin sədrliyi ilə baş tutub. Hakim iclasda bildirib ki, Əhməd Əhmədov anlaqsız hesab olunduğuna görə icra hakimiyyətinin əməkdaşı onun qanuni nümayəndəsi kimi məhkəmədə iştirak edir. Əhməd Əhmədovun xalası Şəfaqət Bədəlova bununla əlaqədar məhkəməyə etiraz edib. O bildirib ki, özü hüquqi varis qismində tanınması üçün müraciət etsə də, ona cavab verilməyib. O, prosesdə adının şahid kimi deyil, hüquqi varis kimi tanınmasını istəyib. Hakim məsələnin iş məhkəmə baxışına veriləndən sonra araşdırılacağını desə də, buna etiraz edib. Nəticədə qalmaqal yaranıb və şahid məhkəmə zalından çıxarılıb. Bundan sonra proses davam etdirilmişdi.

Sonra hakim Əhməd Əhmədovdan cinayət işinin məhkəmə baxışına göndərilməsinə etiraz edib-etmədiyini soruşub. Əhməd Əhmədov isə cavabında: "Vallah, nə bilim, bilmirəm ki", - deyə cavab verib.

İslasda qətlə yetirilən azyaşlı Ülviyyə Niftəliyevanın atası Sərxan Niftəliyevin iştirak etməməsi diqqət çəkmişdi. Məlum olmuşdu ki, Sərxan Niftəliyev hazırda Rusiya Fedrasiyasında narkoloji dispanserdə müalicə alır.

İddiaya görə, Əhməd Əhmədovun bacısı Elmira 2019-cu ildə Sərxan Niftəliyevlə ailə həyatı qurub. Onlar daha sonra Rusiya Fedreasiyasının Xabarovsk şəhərinə köçüblər. Onların 2021-ci ildə Ülviyyə adlı qızları dünyaya gəlib. 2022-ci ildə Elmira ilə Sərxan arasında münasibətlər pozulub. Elmira azyaşlı qızı ilə həmin il Bakı şəhərinə qayıdıb. Lakin onlar rəsmi qaydada boşanmayıblar. Elmira ilə Sərxanın münasibərlərinin pozulmasına səbəb isə onun narkotik vasitələrdən istifadə etməsi olub.

Qeyd edək ki, Əhməd Əhmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin "Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsinə yerləşdirilib. İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15