Şənbə, 20 İyul

Siandan Bakıya yeni qatar marşrutu istifadəyə verildi

image

Dəmir Yolu Qrupu Çin-Avropa dəmir yolu ilə yükdaşımalarda əsas qovşaq olan Sian şəhərindən Bakıya yeni qatar marşrutu istifadəyə verib.

Xəbər verilir ki, qatarlar həftədə bir dəfə hərəkət edəcək.

Siandan çıxan qatarlar Çinin Sincan Uyğur Muxtar Rayonundakı Horqos sərhəd məntəqəsindən Qazaxıstana keçəcək, Xəzər dənizi vasitəsilə ümumilikdə 12 günə Bakıya çatacaq. Bu marşrut üzrə ilk qatar iyulun 1-də yola düşüb.

Bildirilir ki, yeni marşrut Çin-Avropa yük qatarları şəbəkəsi boyunca iqtisadi-ticari əməkdaşlığa və “Bir kəmər və bir yol” təşəbbüsünün inkişafına töhfə vermək məqsədilə açılıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15