Bazar, 07 İyul

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

image

Belarus Ukrayna ilə sərhəddə nüvə başlıqlı raketlər daşıya bilən “İsgəndər” operativ-taktiki raket komplekslərini yerləşdirib.

Xəbər verilir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Onun sözlərinə görə, bu, Ukrayna hərbçilərinin dövlət sərhədləri zonasında fəallığının artmasına cavab idi:

“Polonez” və “İsgəndər” raket sistemləri sərhədə gətirilib. Onların hansı sursatları olduğunu da bilirsiniz".

Lukaşenko qeyd edib ki, bundan əlavə, Belarus və Rusiyanın HHQ və HHM qüvvələri yüksək döyüş hazırlığı vəziyyətindədir. O, Ukraynanı sərhəddə qarşıdurma törətmək cəhdlərinə qarşı xəbərdarlıq da edib:

“Qırmızı xətlər” yoxdur, əvvəlcədən müəyyən edilmiş hədəflərə bütün növ silahlarla zərbələr var. Bizim edəcəyimiz budur”.

O, həmçinin əlavə edib ki, sərhədçilər və xüsusi əməliyyat qüvvələri potensial düşmənin sərhədlərini və hərəkət istiqamətlərini intensiv şəkildə qoruyur. Eyni zamanda Lukaşenko bildirib ki, sərhəddə heç bir eskalasiya olmayacaq, çünki nə Kiyev, nə də Minsk bunda maraqlıdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15