Şənbə, 20 İyul

Müttəfiqlərindən Makrona: Seçki kampaniyasını dayandır

image

Fransa Prezidenti Emmanuel Makronun müttəfiqləri ona koalisiyanın parlament seçkilərinin ilk turundakı uğursuzluğundan sonra seçki kampaniyasını dayandırmağı tövsiyə ediblər.

Xəbər verilir ki, bu barədə "Politico" qəzeti Fransanın “Dirçəliş” partiyasının adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

“Ona seçkiqabağı kampaniyanı dayandırmaq söylənilib. Söhbət onun bizim ismarışımıza qulaq asmasından deyil, onu bizi eşitməyə vadar etməyimizdən gedir”, - o bildirib.

Qeyd edilib ki, müttəfiqləri onun seçki kampaniyasında iştirakını istəmirlər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15