“Rusiya” üzrə 5509 nəticə tapıldı
"Enerji resursları ilə zəngin ölkəmizdə tariflər yenidən yüksəldilərsə, bu, dövlətimiz adına utancverici qərar olar" - Vüsalə Əhmədova Fevralın 3-dən etibarən ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər qüvvəyə minib. Belə ki, metro və şəhərdaxili avtobuslarda sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 40 qəpik olub. Əhali isə bundan sonra digər xidmətlərin də bahalaşacağından narahatdır. Bə
“Ukrayna Krıma zərbələr endirəcəyi təqdirdə danışıqlar olmayacaq, ancaq Kiyevin nəzarətində olan bütün ərazilərə qisas zərbələri endiriləcək”. Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev jurnalist Nadana Fridrixsona yazılı müsahibəsində bildirib. Müsahibə jurnalistin “Telegram” kanalında dərc olunub. Medvedev Ukraynanın Krıma zərbələr endirməklə Rusiyanı danışıqlara məcbur edib-etməyəcəyi
“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir”. Xəbər verilir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sülhməramlı kontingentinin fəaliyyəti haqqında informasiya bülletenində bildirilib. Qeyd edilib ki, 30 müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər. Rusiya tərəfi yenə də Azərbaycanın tələblərinə əhəmiyyət
Soyuq və şaxtalı hava şəraitinin müşahidə olunmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası əlli beş gündür davam edir. Xəbər verilir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 3 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Xəbər verilir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, 1 minik və 2 yük maşını Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın
“Rusiyanın Ukraynadakı döyüş effektivliyi xeyli aşağı düşüb”. Xəbər verilir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb. Bildirilib ki, müxtəlif Qərb mənbələrinin məlumatına görə, Rusiya qüvvələri Ukraynada 200 minə yaxın itki verib: “Donetsk vilayətinin Baxmut ətrafındakı döyüşlər nəticəsində Rusiya ordusunun itkilərinin sayı daha da artıb. Hər gün yüzlərlə hərbç
Ukraynaya silah verilməsində heç bir məhdudiyyət olmamalıdır. Xəbər verilir ki, bu barədə Çexiya prezidenti Petr Pavel "Bloomberg" telekanalına müsahibəsində bildirib. "Biz Ukraynaya silah və texnika vermək üçün hədd qoymamalıyıq. Yeganə istisna nüvə silahı olmalıdır", - Pavel qeyd edib. O, həmçinin əlavə edib ki, NATO Rusiya-Ukrayna müharibəsində birbaşa iştirak etməməlidir.
Davamlı sülh yalnız Ukraynanın Rusiya üzərində hərbi qələbə qazanacağı təqdirdə mümkündür. Xəbər verilir ki, bunu Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski deyib. “Varşava çalışır ki, Rusiya Ukraynaya qarşı müharibədən məğlub, tamamilə çaşqın vəziyyətdə çıxsın. Təcavüzkarın özünü xilas etməklə bu münaqişədən çıxması ən pis ssenari olardı. Təkcə təhlükəsizliyimiz baxımı
Son günlər Azərbaycanda yayılan xəstəliyin fonunda şəhərin müxtəlif apteklərində qızdırmasalıcı dərmanların yoxluğu müşahidə edilir. Əsasən, “Parasetamol” tərkibli qızdırmasalıcı dərmanların birdən-birə qeybə çəkilməsi əhali arasında böyük narazılığa səbəb olub. Nəzərə alsaq ki, hazırkı xəstəlik ən çox uşaqlar arasında yayılıb, bu zaman həmin dərmanlara tələbatın
11 ay davam edən müharibədə Rusiya Ukraynada 200 min hərbçisini itirib. Xəbər verilir ki, bu barədə "The New York Times" Amerika və Qərb rəsmilərinə istinadən məlumat yayıb. "Cəmi 11 ayda bu itkilər Amerikanın Əfqanıstandakı müharibənin iyirmi ildəki itkilərindən 8 dəfə çoxdur. İşğalçı ordu Baxmut və Soledar uğrunda gedən döyüşlərdə xüsusilə ağır itki verib. Müharibə 8 milyondan çox sovet əsgərinin həlak olduğ
“Vladimir Putin üçün Kiyev və Brüssel arasında aparılan danışıqlar Rusiyanın ərazisini güc yolu ilə genişləndirmək planı üçün sadəcə bəhanə idi. Ukraynadakı müharibə çoxdan planlaşdırılıb”. Bunu Almaniya kansleri Olaf Şolts deyib. Onun sözlərinə görə, Almaniya Rusiya ilə NATO arasında müharibəyə səbəb olacaq eskalasiyanın qarşısını almaq üçün hər cür səy göstərəcək. “NATO ilə Rusiya arasında müharibə
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Xəbər verilir ki, avronun məzənnəsi 1,16 % azalaraq 1,8735 manat, Rusiya rublunun məzənnəsi isə 0,82 % geriləyərək 0,0242 manat təşkil edib.