Cümə, 26 Aprel

Lavrovun bu fotosu Qərbin diqqətini ÇƏKDİ

image

Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Balidə çəkilmiş fotosu gündəm olub.

Xəbər verilir ki, hər fürsətdə ABŞ əleyhinə açıqlamalar verən Lavrovun fotosu beynəlxalq ictimaiyyətin diqqətini çəkib.  

Belə ki, mehmanxana otağının eyvanında poza verən Lavrovun paltarlarını araşdıran Qərb mediası və sosial şəbəkə istifadəçiləri rusiyalı məmuru ələ salıblar.

Almaniyanın ən çox oxunan qəzetlərindən biri olan "Bild", "Lavrovun paylaşdığı görüntüdə problem var. Rusiya Qərbin sanksiyalarına əhəmiyyət vermədiyini deyir, Qərbin həyat tərzinə və Qərb texnologiyasına güvənmədiyini deyir. Amma fotoda görünür ki, Rusiyadan verilən açıqlamalar boş təbliğatdır", - yazıb. 

Qəzet Lavrovun pozasını araşdırarkən stolun üstündə iPhone, qolunda isə Apple Watch, köynəyində isə ABŞ rəssamı Jan Mişel Basquiatın dizaynının olduğunu qeyd edib.

“Putinin xaricdə güclü və müstəqil Rusiya vizyonunu təmsil edən Lavrov amerikan saatlarından, amerikan telefonlarından və Amerika dəbindəki paltarlardan istifadə edir”, - nəşr qeyd edib.  

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33