Şənbə, 06 İyul

Axtarış

nəqliyyat” üzrə 1686 nəticə tapıldı

29.05.2024 - 10:44

Azərbaycandan Həcc ziyarətinə ilk uçuş bu tarixdə olacaq

Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbulu başa çatıb. Xəbər verilir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, ötən gün 1500 kvota yeri dolub: "İyunun 4-də Azərbaycandan Həcc ziyarəti üçün ilk uçuş olacaq, sonuncu isə iyunun 10-da nəzərdə tutulub. Zəvvarlar bəzi günlər


29.05.2024 - 09:26

Bakıda avtomobil süpürgəçini vuraraq öldürüb, ofisiant yaralanıb

Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Xəbər verilir ki, hadisə Təbriz küçəsində baş verib. Belə ki, yüksək sürətlə hərəkətdə olan "Hyundai" markalı avtomobil yolu süpürən qadını vurub. Zərbənin təsirindən qadın yol kənarında dayanan "Şuşa" restoranın ofisiantı 1999-cu il təvəllüdlü Şəhriyar Namiq oğlu Heydərova çırpılıb. Ş.Heydərovun başı beton plitə


28.05.2024 - 14:16

Narkotik çəkən sürücü həbs olundu

Hacıqabulda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücü müəyyən edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün ona “saxla” işarəsi verilib. Nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən Elçin Abdullayevin narkotik vasitə qəbul etdiyi də məlum olub. E.Abdullayev


26.05.2024 - 14:19

Yevlaxda iki avtomobil toqquşdu: Üç azyaşlı yaraland

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə, hadisə rayonun Kür çayı üzərindən keçən nəqliyyat körpüsündə qeydə alınıb. Belə ki, VAZ-2101 markalı avtomobil "QAZel"lə toqquşub. Qəza nəticəsində VAZ-2101 avtomobilində olanlar ağır vəziyyətdə yaralanıblar. Aralarında durumu ciddi olan ailənin üç azyaşlı övladı da var. 2018-ci il təvəllüdlü Samirə Rasim qızı Rəsulova, 2017-ci il təvəllüdlü bacısı Rasiyə Rə


25.05.2024 - 20:04

Azərbaycanda ilk - Bu avtomobillər ucuzlaşdı

Avtomobil bazarında son illər ilk dəfə qiymət azalmaları müşahidə olunub. Xəbər verilir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Mərkəz tərəfindən keçirilən monitorinqə əsasən, ucuzlaşma əvvəlki dövrdə taksi kimi istifadə edilən bir sıra avtomobillərin kütləvi satışa çıxarılması ilə bağlıdır. Belə ki, 10 min manatadək olan avtomobillərin qiyməti aprel ayında 8,2


24.05.2024 - 17:14

İşğaldan azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ

Mayın 27-si saat 11:00-dan etibarən işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reysləri üçün iyun ayı üzrə biletlər satışa çıxarılacaq. Xəbər verilir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumat yayıb. Bildirilib ki, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada


24.05.2024 - 15:31

Bakıda "Mercedes"i "moyka"dan qaçırdılar

Bakıda avtomobillər qaçırılıb. Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, mayın 22-də gecə saatlarında Yasamal rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.  Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil qısa müddətdə rayon ərazisində tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şü


22.05.2024 - 15:46

“Trendyol”un qiyməti qaldırmasının səbəbi bəlli oldu - ŞƏRH 

Məlum olduğu kimi, Türkiyənin onlayn alış-veriş platforması olan “Trendyol”un Azərbaycana məhsul çatdırılma xidmətində daha böyük həcmdə olan bağlamalar üçün qiymət dəyişikliyi edilib. Yeni qaydalara əsasən, çatdırılma xidmətinə görə rüsum artıq 79,99 lirə (4,23 AZN) deyil, 199,9 lirədir(10,63 AZN).  Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Türkiyədə "Trendyol"da daşıma qiymətlərində hər hansı bahalaşma baş


21.05.2024 - 15:03

Ödənişli yolda ağır qəza - Xəsarət alan var

Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə, hadisə ödənişli yolun Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsi ilə birləşməsində qeydə alınıb.  Belə ki, rayon sakini 1995-ci il təvəllüdlü Z.Müslümovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Xaçmaz Rayon


21.05.2024 - 10:57

Cavanşir körpüsü hazırda - FOTO

Xəbər verildiyi kimi, ötən gündən etibarən Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti dayandırılıb. Yoldakı işıqlandırma dirəkləri sökülüb, ərazidə ağır texnikalar işləyir. Xəbər verilir ki, sosial şəbəkələrdə körpünün son vəziyyətini əks etdirən görüntü yayılıb. Fotodan aydın olur ki, söküntü işləri sürətlə aparı


18.05.2024 - 22:42

Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub. Məlumata görə, Qəbələ rayon sakini 1991-ci il təvəllüdlü Samir Mahir oğlu Ramazanlının idarə etdiyi "Khazar" markalı avtomobillə Şəki rayon sakini Ceyhun Mustafayevin idarə etdiyi "Hyundai" markalı nəqliyyat vasitəsi toqquşub. Qəza zamanı avtomobillərdə olan dörd nəfər Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Yaralılardan üç nəfərə xəstəxanada ambulator


18.05.2024 - 15:12

Zəngəzur dəhlizi bu vaxt açılacaq - Türkiyəli nazir

Zəngəzur dəhlizi 2028-2029-cu illərdə fəaliyyətə başlaya bilər. Xəbər verilir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu “TGRT Haber” televizyasına müsahibəsində deyib. Onun sözlərinə görə, tezliklə dəhlizlə bağlı qərar veriləcək: “Yaxın vaxtlarda Zəngəzur dəhlizinin hansı ərazidən - Ermənistandan, yoxsa İrandan keçəcəyinə qərar veriləcək. Bu, bizi türk dünyası ilə birbaşa


Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15