Bazar, 16 İyun

“Trendyol”un qiyməti qaldırmasının səbəbi bəlli oldu - ŞƏRH 

image

Məlum olduğu kimi, Türkiyənin onlayn alış-veriş platforması olan “Trendyol”un Azərbaycana məhsul çatdırılma xidmətində daha böyük həcmdə olan bağlamalar üçün qiymət dəyişikliyi edilib. Yeni qaydalara əsasən, çatdırılma xidmətinə görə rüsum artıq 79,99 lirə (4,23 AZN) deyil, 199,9 lirədir(10,63 AZN). 

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Türkiyədə "Trendyol"da daşıma qiymətlərində hər hansı bahalaşma baş verməyib:

“Türkiyədə qiymət artımı olmayıb. Sifarişlərin TİR-larla gətirildiyini nəzərə alsaq, nəqliyyat xərclərində, yanacağın qiymətində də artım yoxdur. Bu zaman daşınma xərclərinin birdən-birə, səbəbsiz yerə artırılması sual yaradır. Fikrimcə, qiymətlər başqa səbəbdən bahalaşıb. Böyük ehtimal ki, başqa bir onlayn satış platformanın xeyrinə qərar qəbul edilib. Çünki, bu günlərdə Azərbaycan üçün yeni onlayn satış platforması yaradılıb”.

Natiq Cəfərli hesab edir ki, qiymət artımı ilə bağlı qərar "Trendyol"un müştərilərini itirməsinə səbəb olacaq:

“Qiymətlər baha olduğundan insanlar "Trendyol"dan istifadə etməyəcəklər. Daha ucuz onlayn satış platformasına yönələcəklər”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

“28 May”da kütləvi DAVA

  • 14.06.2024 - 10:33
image

Lavrov Donbasa səfər edəcək

  • 12.06.2024 - 19:22
image

Bu rayonda qaz olmayacaq

  • 12.06.2024 - 15:49