Cümə, 05 İyul

Axtarış

ANCA” üzrə 1435 nəticə tapıldı

19.03.2021 - 15:55

Məsləhətləşmələr qalmaqalla başladı - Vaşinqtonda hesab edirlər ki...

“ABŞ və Çin təmsilçilərinin Amerikanın Alyaska ştatındakı görüşü qalmaqalla başladı. Tərəflər bir-birlərini qaydaları pozmaqla ittiham ediblər. Amerikalıların fikrincə, Çin nümayəndələri görüşə təbliğat naminə gəliblər. ABŞ-ı görüşdə dövlət katibi Entoni Blinken və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Cveyk Sallaivan təmsil edirlər. Çin tərəfdən isə xarici işlər naziri Van İ və Komminsit Partiyasını


19.03.2021 - 14:19

Putin Baydeni canlı efirdə debata çağırdı

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenə müzakirənin canlı efirdə davam etdirilməsini təklif edib və bunun Rusiya və ABŞ xalqları üçün maraqlı olacağını bildirib. Aftafa.tv “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu V.Putin “Rossiya 24” telekanalının efirində deyib. “Mən indicə bu barədə düşündüm. Keçən dəfə telefon danışığı ilə bağlı təşəbbüs prezident Baydendən gəldi. Prezident Baydeni müzakirəmizi davam etdirməyə dəvət


19.03.2021 - 13:20

Sarkisyan Paşinyanın yolu ilə gedir: “Qarabağ heç vaxt Azərbaycanın olmayacaq”

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan bəyan edib ki, o heç vaxt “siyasət səngərini” tərk etməyəcək. O bəyan edib ki, “təslimçilər çıxıb getməlidirlər və xalq dövlətyönlü hökumət seçməlidir”. Aftafa.tv bildirir ki, Sarkisyan bu bəyanatı martın 18-də Yerevanda onun barəsində açılmış cinayət işinə baxan dinləmədən sonra məhkəmə binasının qarşısına toplaşmış


19.03.2021 - 12:19

“Bu, Ronaldonun “Yuventus“dakı son mövsümüdür“ - Sensasion açıqlama

İtaliya millisinin sabiq üzvü Salvatore Skilaççi "Yuventus"un futbolçusu Kriştiano Ronaldo haqda danışıb. Aftafa.tv xəbər verir ki, o, portuqaliyalı hücumçunun bu mövsümün sonu Turin təmsilçisindən ayrılacağını deyib: "Klubun ona yeni bir müqavilə təklif edib-etməyəcəyini bilmirəm. Ancaq Ronaldonun qısa müddətdə özünə yeni klub tapacağı şübhəsizdir. "Yuventus" Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra Ronaldo haqqında tənqidlər çoxaldı.


19.03.2021 - 11:12

Diaspora Komitəsində Nura Suri qalmaqalı – Nazim İbrahimovun şəxsi...

Son günlərdə Azərbaycanın Ukraynadakı keçmiş səfiri, Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun adı qalmaqallı hadisədə hallanır. Belə ki, keçmiş korpus komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət əməlinə görə həbs olunması işində Nazim İbrahimovun da adı çəkilir. Nazim İbrahimov cinayətin baş verdiyi 2001-ci ildə Azərbaycanın Ukraynadakı əlaqələrindən istifadə edərək Rövşən Əkbərovun törətdiyi cinayət əməlinin ö


18.03.2021 - 18:45

Ramiz Mehdiyevin adamı ilə bağlı daha bir CİNAYƏT İŞİ - TƏFƏRRÜATLAR

Ötən gün Baş Prokurorluğun Mətbuat xidməti bir məlumat yaydı. Məlumatda deyilirdi ki, “Xızı rayonunun inzibati ərazisində fəaliyyət göstərən “Cənnət bağı” Altıağac istirahət mərkəzinin istifadəsinə verilən torpaq sahəsində ağac və kolların qanunsuz kəsilməsi və məhv edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət təqibindən


18.03.2021 - 18:23

“Xəzər adaları”na “silinən” milyardın Qarabağ savaşındakı ƏKS-SƏDASI... – Fırıldaq layihələrin müəllifi niyə yoxa çıxıb?

General Rövşən Əkbərovun həbsilə bağlı cinayət işində Diaspora ilə iş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun da adının hallanmasına dair məlumatlar istər-istəməz “İbrahimov qardaşları” mövzusunu bir daha gündəmə gətirmiş oldu. Xatırladaq ki, general Əkbərovun 2001-ci ildə qətlə yetirdiyi iddia edilən iş adamı Elçin Əliyevin anası bununla bağlı cinayət işinə Nazim İbrahimovun da cəlb edilməli olduğunu


18.03.2021 - 16:20

Ata Abdullayev istintaqda nələri etiraf etdi? - Onun özünə, bacısına, bacısı oğluna…

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Ata Abdullayev barəsində Səbayel Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) maddəsi ilə ittiham edilir. İttiham təsdiqini taparsa, onu 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir.  Bu, Ata Abdullayevin istintaqa tə


18.03.2021 - 14:52

İki həftədir axtarılan prezident ölübmüş 

Tanzaniyanın iki həftədir harada olduğu bilinməyən prezidenti Con Maqufilinin öldüyü məlum olub. Aftafa.tv-nin xarici KİV-ə istinadən məlumatına görə, Tanzaniya prezidentinin köməkçisi Samia Suluhu məsələ ilə bağlı açıqlama verib. O, 61 yaşlı Prezident Con Maqufulinin öldüyünü elan edib. Qeyd edək ki, sosial mediada onun yoxa çıxması ilə bağlı müxtəlif iddialar səsləndirilib. İddiaya görə, afrikalı lider Keniyadakı Nairobi Xəstəxanasına


18.03.2021 - 13:23

Diaspor rəhbərindən Nazim İbrahimova İTTİHAM - “Savadlı və qabiliyyətlidi, lakin şəxsiyyəti yox idi”

Azərbaycanın Ukraynadakı keçmiş səfiri, Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun adı qalmaqallı hadisədə çəkilib. Belə ki, bir neçə gün öncə həbs edilən general-leytenant Rövşən Əkbərovun təqsirləndirildiyi cinayət işində Nazim İbrahimovun da adı hallandırılıb. Onlar 19 il əvvəl Ukraynanın paytaxtı Kiyevdə iş adamı Elçin Əliyevin qətlə yetirilməsində günahlanıdırılıblar. E.Əliyevin anası Səmayə Əliyeva oğlunun ölümü


18.03.2021 - 09:15

Azərbaycanın Ermənistana qaz nəqlinə icazə verməsinin pərdəarxası...

Martın 17-dən başlayaraq yaxın 3-4 həftə ərzində Rusiya qazı Ermənistana Azərbaycan üzərindən ötürüləcək. Bu barədə Rusiya mətbuatının yazdığına görə, qazın tranzitinə dair müqavilə martın 16-da SOCAR və “Qazprom Export” şirkəti arasında imzalanıb. Məlumatda qeyd olunur ki, Rusiya tərəfi Gürcüstana qaz ötürən “Şimali Qafqaz - Zaqafqaziya” qaz kəmərində planlı təmir işləri həyata keç


17.03.2021 - 21:44

Bayden Putini “qatil” adlandırıb təhdid etdi - Rusiya prezidentinin başqa alternativi yoxdur

"Nəhayət uzun aradan sonra ABŞ prezidenti Co Bayden Ağ Evdə ilk müsahibəsini verdi. Ağ Ev sahibi “ABC” kanalına verdiyi müsahibədə Rusiya prezidenti Vladimir Putini qatil adlandırdı". Aftafa.tv xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloqun fikrincə, söhbət Rusiyaya qarşı növbəti sanksiyalardan gedir: "Bayden bunun ardınca dedi ki, Amerika kəşfiyyatının ona təqdim etdiyi hesabata görə Putinin əmri ilə


Xəbər lenti

image

65 yaşlı kişini ilan sancdı

  • 02.07.2024 - 12:07
image

Bu gün Türkiyənin oyunu var

  • 02.07.2024 - 11:05