Cümə axşamı, 04 İyul

300 tələbə Naxçıvanda qalıb - TƏYYARƏ YOXDUR

image

Türkiyədə təhsil alan azərbaycanlı tələbələr Bakıya dönə bilmirlər. Buna səbəb Naxçıvandan paytaxta uçan təyyarələrə bilet tapılmamasıdır. 

Xəbər verilir ki, hazırda 300-dən çox tələbə Bakıya gəlmək üçün Naxçıvan Hava Limanında gözləyir.

 Tələbələrdən birnin saytımıza verdiyi məlumata görə, Türkiyə sərhəddini 3 gün əvvəl keçsələr də, bilet ala bilmədikləri üçün Naxçıvan aeroportunda qalıblar. Maddi sıxıntısı olan bəzi tələbələrin aeroportda və parklarda gecələdiyi bildirilir. 

Tələbələr bilet probleminin həll olunması üçün AZAL rəhbərliyindən Naxçıvan-Bakı istiqamətində əlavə uçuşların təşkil olunmasını xahiş ediblər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

65 yaşlı kişini ilan sancdı

  • 02.07.2024 - 12:07
image

Bu gün Türkiyənin oyunu var

  • 02.07.2024 - 11:05