Bazar ertəsi, 18 Oktyabr

Məsləhətləşmələr qalmaqalla başladı - Vaşinqtonda hesab edirlər ki...

image

“ABŞ və Çin təmsilçilərinin Amerikanın Alyaska ştatındakı görüşü qalmaqalla başladı. Tərəflər bir-birlərini qaydaları pozmaqla ittiham ediblər. Amerikalıların fikrincə, Çin nümayəndələri görüşə təbliğat naminə gəliblər. ABŞ-ı görüşdə dövlət katibi Entoni Blinken və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Cveyk Sallaivan təmsil edirlər. Çin tərəfdən isə xarici işlər naziri Van İ və Komminsit Partiyasının xarici əlaqələr komitəsinin rəhbəri Yan Tseçi iştirak edirlər.

Amerikalı təmsilçilər “Çin nümayəndələri qaydaları pozdular” dedikdə nəyi nəzərdə tuturdular? Məsələ burasındadır ki, Çin nümayəndələri çıxışlarında mahiyyətdən çox bəyanatlara və ittihamlara üstünlük veriblər. Amerikalı diplomatlar çinli həmkarlarının bununla protokol qaydalarını pzoduqlarını bildiriblər. Halbuki, tərəflər ilk nitqləriin bir neçə dəqiqə ilə məhdudlaşdırmalı idilər. Ancaq çinlilər elə ilk çıxışdaca amerikalara mesaj veriblər ki, “siyasətinizi dəyişdirin, Çin haqlıdır, Siz isə haqlı deyilsiz”.

Aftafa.tv xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, əslində ABŞ dövlət katibi Entoni Blinken də görüşə hazır ittihamlarla gəlib:

Çinin Honkon və Tayvan siyasəti, uyğurlara olan münasibəti, Amerikaya yönəlik kiber hücumlar Vaşinqtonu narahat edir. Vaşinqtonda hesab edirlər ki, Pekinin bu siyasəti qlobal təhlükəsizliyə ciddi problemlər yaradır. Pekinə qarşı bu ittihamlar illərdir səslənir. Buna baxmayaraq, Pekin bu ittihamları qulaqardına vuraraq müəyyənləşdirdiyi siyasəti davam etdirir. Aydındır ki, qarşılıqlı ittihamlarla başlayan görüşdən nəticə gözləmək əbəs olardı. Pekin ümid edir ki, yeni Ağ Ev administrasiyasının Çinə siyasəti müsbətə doğru dəyişəcək, gərgin münasibətlərə son qoyulacaq. Vaşinqtonda isə fərqli yanaşma var: Çin daxili və xarici siyasətini dəyişməyənə qədər münasibətlərin normallaşması mümkün deyil

Bir qrup siyasi ekspertin fikrincə, Çinin Amerika ilə münasibətləri normallaşmasında daha çox marağı var. Başqa sözlə Çinin Amerikadan asılılığı daha çoxdur, nəinki Amerikanın Çindən asılılığı. Münasibətlər gərgin qaldığı müddətdə siyasi və iqtisadi zəmində uduzan tərəf Çindir. Ona görə də Pekin çalışır ki, dialoqu genişləndirsin. Vaşinqton isə tələsmir. Tam əksinə, Pentaqon Çinin hərbi siyasətinə qarşı hərbi xərclərini artırmağa qərar verib və böyük ehtimalla prezident Co Bayden bu planı təsdiqləyəcək. Maraqlıdır ki, dövlət katibi Entoni Blinken və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Cveyk Sallaivan Çinli rəsmilərlə görüşdən əvvəl Tokioda olublar. Yəni Amerika Çini durdurmaq üçün bölgədəki müttəfiqləri ilə məsləhətləşib”. 

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu məhsullar BAHALAŞIB

  • 17.10.2021 - 19:33
image

Vatsapda yeni özəllik

  • 17.10.2021 - 14:19
image

Ərdoğan Merkellə görüşüb

  • 16.10.2021 - 17:29