Şənbə, 27 Aprel

Diaspora Komitəsində Nura Suri qalmaqalı – Nazim İbrahimovun şəxsi...

image

Son günlərdə Azərbaycanın Ukraynadakı keçmiş səfiri, Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun adı qalmaqallı hadisədə hallanır. Belə ki, keçmiş korpus komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət əməlinə görə həbs olunması işində Nazim İbrahimovun da adı çəkilir. Nazim İbrahimov cinayətin baş verdiyi 2001-ci ildə Azərbaycanın Ukraynadakı əlaqələrindən istifadə edərək Rövşən Əkbərovun törətdiyi cinayət əməlinin ört-basdır edilməsində Nazim İbrahimovun da əlinin olması ilə bağlı ciddi iddialar mövcuddur.

Nazim İbrahimov təkcə səfir kimi yox, eyni zamanda Diaspora ilə iş üzrə Dövlət Komitəsinin sədri kimi də uğurlu fəaliyyətlə yadda qalmayıb. Diaspora Komitəsinin fəaliyyətini iflic edən, öz doğma qızı erməni ilə sevgi münasibəti yaşayan Nazim İbrahimov Azərbaycanın xaricdəki maraqlarının təmin olunmasında hər hansı ciddi uğura imza atmayıb. Lakin öz vəzifəsindən kənar biznes fəaliyyətlərində yetəri qədər uğur qazana bilib.

1980-1985-ci ildə Azərbaycan Politexnik İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirən Nazim İbrahimov, diplomatiyadan daha çox biznes sahəsində uğurlu olmasının səbəbi təəccüblü gəlməməlidir. Nazim İbrahimov nə az-nə çox, düz altı il biznes fəaliyyəti ilə məşğul olub. Deyəsən bu sahədə bəxti də gətirib. Deyilənə görə, məhz uğurlu biznes fəaliyyəti gələcəyin komitə sədrinin sürətlə yüksəlməsində önəmli rol oynayıb.

Müxtəlif sahələrdə özünü sınayan Nazim İbrahimov nəhayət 34 yaşında diplomatik fəaliyyətlə məşğul olmağa başlayıb. 1997-ci ilin mart ayından Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri, 1997-ci ilin sentyabrından eyni zamanda, Azərbaycanın Moldova və Polşadakı fövqəladə və səlahiyyətli səfiri, 1999-cu ilin fevralından isə eyni zamanda Azərbaycanın Belorusiyadakı fövqəladə və səlahiyyətli səfiri postunu tutub.
 
Nazim İbrahimov səfir təyin olunduqdan sonra biznesə "əlvida” desə də, qardaşları bu sahədə fəaliyyətini davam etdirib. İbrahimov qardaşlarının səsi müxtəlif biznes sahələrindən, tikinti, televiziya idarəçiliyi, otel işlətməçiliyi sahələrindən gəlib.

http://aftafa.tv/M0/1/2021/03/images/20210319_110754_1616137674_70e9da3ce3.jpg
 
Qardaşı Hacı İbrahimin sahibi olduğu "Avesta Konserni” tikinti sektorunda aparıcı şirkətlərdən birinə çevrilib. Digər qardaşı Tağı İbrahimov uzun müddət ölkənin populyar teleradio şirkətlərindən olan – ATV-yə rəhbərlik edib. 

Lakin istər Hacı İbrahim olsun, istərsə də Tağı İbrahimov, heç birinin uğurları davamlı olmayıb. Düzdür Tağı İbrahimov hazırda Türkiyədə "Kuzu” adlı məşhur restoran işlətsə də, Azərbaycandakı biznesi xeyli zəifləyib.

Hacı İbrahim "Xəzər adaları” adlı layihə icra edəcəyini, bu sahəyə milyardlar yatıracağını desə də, o, Azərbaycan Beynəlxalq Bankı ilə bağlı qalmaqalda ilişib. Bəzi mənbələrdə onun çoxdan müflis olması ilə bağlı məlumatlara yer verilir. Uzun müddət önəmli dövlət vəzifələrini tutan və qardaşalrının biznes fəaliyyətlərinə himayədarlıq edən Nazim İbrahimov öz qardaşları ilə birgə dövlətin pullarını talamaqla məşğul olub

http://aftafa.tv/M0/1/2021/03/images/20210319_110759_1616137679_3ad8ef9104.jpg

Müxtəlif biznes layihələrini icra etmək adı altında Nazim İbrahimov və qardaşları müxtəlif banklardan külli miqdarda kreditlər alıblar. “Beynəlxalq Bank”, “Xalq Bank” və “Bank Respublika”-dan kredit olaraq alınan məbləğlərin həcmi o qədər böyükdür ki, ödənməmiş pulların səs-sorağı yaxın zamanda ortaya çıxacaq.

Nazim İbrahimovun Diasporla İş üzrə Dövlət Komitəsindəki özbaşına fəaliyyəti və uğurlu biznes fəaliyyətinin arxasında isə o vaxtlar gücə və nüfuza malik Əli Həsənov dururdu. Əli Həsənov Nazim İbrahimova fəaliyyətində və tutduğu vəzifədə dəstək verir, hətta Komitənin əksər tədbirləri məhz Əli Həsənovun razılığı əsasında təşkil olunurdu.

http://aftafa.tv/M0/1/2021/03/images/20210319_110746_1616137666_87f7fd24e2.jpg

2008-ci ildə rəhbərliyinə təyin olunduğu Diasporla İş üzrə Dövlət Komitəsini çökdürməyi bacaran Nazim İbrahimovun fəaliyyətinin acı nəticələrini Azərbaycan 44 günlük müharibə zamanı təcrübə etməli oldu. Məlum oldu ki, bu illər ərzində Əli Həsənova güvənən Nazim İbrahimov, Komitə sədrliyindən ancaq öz şəxsi məqsədləri və biznes maraqları üçün istifadə edib. Komitəyə rəhbərlik etdiyi dövrdə gözəl və cazibədar xanımları ətrafına toplayan Nazim İbrahimovun, bu vasitə ilə Azərbaycanı yoxsa öz şəxsi maraqlarını müdafiə etdiyini demək çətindir. Görünən odur ki, Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdə təşkil etdiyi tədbirlərdə ancaq müğənni Nura Surini dəvət olunması da elə Nazim İbrahimovun birbaşa şəxsi maraqlarının nəticəsi imiş.

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33