Cümə, 29 Mart

Qar qırmızıya çevrildi, elm adamları hərəkətə keçdi - Yayılma genişlənsə...

image

Fransanın Alp dağlarında qar qırmızıya çevrilib. Elm adamları dağdakı bu dəyişikliyin səbəbini araşdırırlar. Qarın əriməsini sürətləndirən bu durumun iqlim dəyişikliyindən qaynaqlandığı düşünülür.

Xəbər verilir ki, elm adamları dəniz səviyyəsindən 2500 metr yüksəklikdə görünən qırmızı qar nümunələri toplayıblar.

“Qar qanı” adlandırılan nəsnənin yosunlardan qaynaqlandığı ehtimal edilir.

Mikroyosunlar normalda yaşıl rəngdə olsalar da, günəş şüalarına məruz qaldıqları üçün qırmızıya çevrilə biləcəyi də deyilir.

Yosunların qarın əriməsini sürətləndirdiyi də bildirilir.

Elm adamları yosunların artmasının iqlim dəyişikliyi ilə bağlı ola biləcəyini deyirlər. Komanda qeyd edir ki, karbon qazının səviyyəsi artdıqda qarın qırmızıya çevrilməsi halları da artır.

Yosunların yayılması genişlənərsə, bütün dünyada qar və buzlaqların əriməsi sürətlənə bilər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45