Çərşənbə axşamı, 18 İyun

Axtarış

ABŞ” üzrə 4340 nəticə tapıldı

17.10.2021 - 16:53

Ərdoğan ABŞ-dan yeni F-16-ların alınması məsələsinə aydınlıq gətirdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika ölkələrinə səfər öncəsi hava limanında mətbuat konfransı keçirib. Anqola, Toqo və Nigeriyanı ziyarət edəcək dövlət başçısı bir sıra maraqlı açıqlamaları ilə yadda qalıb. Ərdoğan indiyədək 28 Afrika ölkəsinə 38 dəfə səfər etdiyini bəyan edib. O, qitə ölkələri ilə müdafiə və təhlükəsizlik sahəsində mühüm addımların atılacağı


17.10.2021 - 14:55

Haitidə 17 ABŞ missioneri oğurlandı

Haitinin Port-o-Prins şəhərində cinayətkarlar ABŞ-dan olan 17 xristian missoneri ailələri ilə birlikdə oğurlayıblar. Xəbər verilir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb. Məlumata görə, amerikalı missionerlər avtobusla aeroporta gedərkən yolda oğurlanıblar.


17.10.2021 - 09:00

İran Çinlə nüvə razılaşmasını müzakirə etdi

İran Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan çinli həmkarı Vanq Yi ilə nüvə anlaşmasını müzakirə edib. Xəbər verilir ki, tərəflər arasında baş tutan telefon danışığı zamanı nüvə müqaviləsi və iki ölkə arasında imzalanan 25 illik Hərtərəfli Əməkdaşlıq Sazişi ətrafında danışılıb. Nazir Van Yi bütün tərəflərin nüvə anlaşmasına qayıtmasının vacibliyini vurğulayıb.


16.10.2021 - 09:31

Bitkoinin qiyməti 60 min dolları keçdi

Bitkoinin məzənnəsi bu ilin aprel ayından bəri ilk dəfə olaraq 60 min ABŞ dollarını keçib. Xəbər verilir ki, "CoinDesk"in məlumatlarına görə, kriptovalyutanın dəyəri 61 260 ABŞ dolları təşkil edir ki, bu da əvvəlki seansın sonundakı qiymətdən 6,5% çoxdur. Kriptovalyuta şirkətləri 2013-cü ildən bəri bitkoinin qanuniliyini artırmaq və investorların sərmayə qoymasını asanlaşdıracaq qərarın qəbuluna çalışırlar.


15.10.2021 - 16:03

Əfqanıstanda məsciddə partlayış: 30 ölü var

Əfqanıstanın Qəndəhar şəhərində cümə namazı zamanı ən böyük şiə məscidində partlayış baş verib. Xəbər verilir ki, hücum nəticəsində 30 nəfər həyatını itirib. Qeyd edək ki, partlayışın baş verdiyi "Fatimiyyə" məscidi "Taliban" qüvvələrinin qalası olaraq bilinən Qəndəhar şəhərində yerləşir. Oxşar hücum ötən cümə günü Kunduz şəhərində də baş vermiş və 100 nəfərin həyatına son


15.10.2021 - 15:39

Oktyabrın 18-dən hava şəraiti dəyişir - XƏBƏRDARLIQ

Bakıda və  Abşeron yarımadasında oktyabrın 18-dən 21-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 20-də gündüz şimal-qərb küləyi 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək. Havanın temperaturu oktyabrın 20-21-də ötən günlərlə müqayisədə tədricən 3-6 dərəcə ağaşı enəcək. Azə


15.10.2021 - 11:00

ABŞ-ın sabiq Prezidenti xəstəxanaya yerləşdirildi

ABŞ-ın sabiq Prezidenti Bill Klinton xəstəxanaya yerləşdirilib. Xəbər verilir ki, Klinton uroloji problemlərə görə xəstəxanaya yerləşdirilib və o, hazırda müalicə olunur. Məlumata görə, antibiotiklər qəbul edən sabiq prezidentin durumu yaxşıdır, ailə üzvləri və həkimlərlə söhbət edir. Onun bir neçə günə evə buraxılacağı ehtimal olunur. Qeyd edək ki, Bill Klinton 1993-cü ildən 2001-ci ilə qədər ABŞ prezidenti olub.


15.10.2021 - 09:54

“Delta“dan güclü və ölümcül ştam yoxdur“ - Pandemiyanın sonu gəlir?

Delta pandemiyanın sonuncu ştammı olacaqmı? Məlumata görə, mütəxəssislər hələ ki, Deltanı sıxışdırıb aradan çıxaracaq güclü mutasiya olmadığını bildirir. O, hələ də dominant virusdur və nəticədə Covid mövsümi xəstəliyə çevrilir. Bu isə hər halda pis nəticədir. Çünki belə bir ştammın dünyaya qənim kəsilməsi insan üçün təhlükəlidir. Xəbər verilir ki, alimlər hələ dünyanın bu


14.10.2021 - 17:54

"ABŞ bununla çox böyük səhvə yol verdi" - PUTİN

ABŞ dolları sanksiya aləti kimi istifadə etməklə böyük səhvə yol verir. Xəbər verilir ki, bunu Rusiya Prezidenti Vladimir Putin CNBC televiziyasına müsahibəsində deyib. Onun sölzərinə görə, ABŞ dövlət borcunun sürətli artımı və sanksiyalar dolların mövqeyini dağıdır: “Məncə, ABŞ dollardan sanksiya aləti kimi istifadə etməklə çox böyük səhvə yol verir. Sadəcə olaraq biz dollarla tədarük etdiyi məhsulların pulları


14.10.2021 - 17:33

Hərbi variant masada: “Vaxtımız yoxdur” - Tehrana sərt xəbərdarlıq

“Danışıqlarında itirilən zaman İranın nüvə proqramına davam etməsinə imkan verir”. Xəbər verilir ki, bunu İsrail Xarici işlər naziri Yair Lapid ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşündə deyib.“Hər keçən gün, itirilən hər an İranı nüvə bombasına bir addım daha yaxınlaşdırır”, – nazir bildirib. Lapid İranın nüvə proqramı ilə bağlı dünyanı aldatdığını vurğulayıb: “Mən və cənab


14.10.2021 - 16:57

İranlı qadınlarla bağlı inanılmaz faktlar: Tehrandan qaçıb hər şeyi danışdı

İranın təhlükəsizlik qurumları avqust ayında İsfahan şəhərində velosiped sürərkən üç gənc qadını kürəklərindən vuran şəxsin sərbəst buraxılmasına kömək edib. Xəbər verilir ki, bu barədə İsrailin “Yerusəlim Post” qəzeti məlumat yayıb. ABŞ hökumətinə bağlı “Radio Farda”nın məlumatına görə, vurulan qızlardan birinin anası təhlükəsizlik orqanlarının zabitlərinin bu məlumatı gizlə


14.10.2021 - 16:35

Taliban rəsmiləri Ankarada: Danışıqlar başlayır - Türkiyənin istəyi...

Əfqanıstanda hakimiyyəti ələ keçirərək hökumət quran Taliban rəsmiləri bu gün Ankaraya gələrək danışıqlar aparacaq. Xəbər verilir ki, bu barədə Taliban qaynaqları məlumat verib. Qeyd edilir ki, Taliban hökumət rəsmilərinin Ankara səfəri Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti əsasında baş tutur. Açıqlanan məlumata görə, Türkiyəyə gələcək Taliban heyətinə


Xəbər lenti

image

  • 18.06.2024 - 11:01
image

Sabah 39° isti olacaq

  • 17.06.2024 - 12:59
image

Zelenski şərtini açıqladı

  • 16.06.2024 - 19:28