Çərşənbə axşamı, 18 İyun

Keyt Middlton kimyaterapiyadan sonra özünü pis hiss edir

image

Uels şahzadəsi Keyt Middltona yaxın mənbələr onun kimyaterapiyadan sonra özünü pis hiss etdiyi barədə məlumat paylaşıb.

Xəbər verilir ki, "The Sun" nəşri yazır.

Şahzadənin ətrafındakılar həmçinin qarın əməliyyatından və sağalma müddətindən sonra Keytin yenidən müalicə olunacağından ehtiyat etdiklərini ifadə ediblər.

Vəzifəsinə qayıtmağa gəlincə isə, nəşr yazır ki, Uels şahzadəsi bunu yalnız həkimlərin icazəsi ilə edə bilər.

Xatırladaq ki, martın 22-də Kate Middleton hazırda profilaktik kimyaterapiya keçdiyini açıqlayıb. Şahzadə bildirib ki, xərçəng qarın əməliyyatından sonra edilən testlər zamanı aşkarlanıb. Daha əvvəl də Middltonun keçdiyi kimyaterapiya kursunun təhlükəli yan təsirlərə səbəb olduğu barədə məlumat yayılmışdı.

Uzun müddətdir ictimaiyyət arasında görünməyən 42 yaşlı Keyt Middletonla bağlı müxtəlif şayiələr yayılmışdı, hətta onun öldüyü deyilirdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 39° isti olacaq

  • 17.06.2024 - 12:59
image

Zelenski şərtini açıqladı

  • 16.06.2024 - 19:28