Hərbi hissələrdə valideynlərlə görüş qadağan edildi - SƏBƏB
Hərbi hissələrdə valideynlərlə görüş qadağan edildi - SƏBƏB
Vətəndaşlardan daxil olan sorğuları nəzərə alaraq bildiririk ki, şəxsi heyətin təhlükəsizliyini təmin etmək və hərbi qulluqçuların yoluxucu xəstəliklərə yoluxmasının qarşısının alınması məqsədilə hərbi hissələrdə Qurban bayramı mərasimləri qapalı şəkildə keçirilir.
Xəbər verilir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Şəxsi heyətin sağlamlığını qorumaq məqsədilə valideynlər, ictimaiyyət və media nümayəndələrinin bayram tədbirlərində iştirakı məhdudlaşdırılıb, valideynlərlə görüşlər qadağan edilib. Həkim tap
"Qeyd olunanları nəzərə alaraq vətəndaşlardan bu qərarı anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik", - məlumatda deyilib.
Azadsoz.com