Cümə, 26 Aprel

Hərbi variant masada: “Vaxtımız yoxdur” - Tehrana sərt xəbərdarlıq

image

“Danışıqlarında itirilən zaman İranın nüvə proqramına davam etməsinə imkan verir”.

Xəbər verilir ki, bunu İsrail Xarici işlər naziri Yair Lapid ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşündə deyib.“Hər keçən gün, itirilən hər an İranı nüvə bombasına bir addım daha yaxınlaşdırır”, – nazir bildirib.

Lapid İranın nüvə proqramı ilə bağlı dünyanı aldatdığını vurğulayıb: “Mən və cənab Blinken Holokostdan sağ çıxan ailələrin övladlarıyıq. Bir xalqın dünyanı pislikdən qorumaq üçün nə vaxt gücdən istifadə etməli olduğunu bilirik”.

O, İsrailin özünümüdafiə hüququnu özündə saxladığını söyləyib: “Diplomatiya uğursuz olarsa, bütün digər variantlar masada olacaq. Buradakı hər kəs “başqa variant”ın nə demək olduğunu başa düşür və Tehran da bunu başa düşür”. Nazir artıq nəticəsiz danışıqların uzadılması üçün vaxtın olmadığını dilə gətirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33