Çərşənbə, 26 İyun

Norveç Ukraynanın enerji infrastrukturunun bərpasına milyonlar ayıracaq

image

Norveç ölkənin kritik enerji infrastrukturunu dəstəkləmək üçün Ukraynaya 100 milyon dollardan çox vəsait ayıracaq.

Bu barədə Norveç hökümətinin rəsmi saytında məlumat yer alıb.

"Biz Ukraynanın bu vəsaitlərdən ən səmərəli şəkildə necə istifadə edə biləcəyi ilə bağlı sıx dialoq aparırıq. Ukraynalılar özləri nəyin lazım olduğunu hamıdan yaxşı bilirlər. Ancaq qış gələnə qədər infrastrukturun bərpası işlərinə mümkün qədər tez başlamaq vacibdir. Norveç ümid edir ki, bu maliyyə zərərin bir hissəsini azaltmağa və Ukraynada enerji təchizatını təmin etməyə kömək edəcək" - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, Xarkov vilayətində enerjinin bərpasına 11 milyon dollardan çox vəsait sərf olunacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Təkliyin insana 5 faydası

  • 24.06.2024 - 12:39