Çərşənbə, 26 İyun

Qurban bayramında 16 min nəfər yaralandı

image

“Türkiyədə Qurban bayramının ilk günündə 16 min insan qurban kəsimi zamanı yaralanıb”.

Xəbər verilir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca X hesabında etdiyi paylaşımda bildirib.

O qeyd edib ki, Ankarada 1274 nəfər, İstanbulda 840 nəfər, İzmirdə 416 nəfər olmaqla ölkə üzrə təxminən 16 min insan qurban kəsimi zamanı aldıqları xəsarətlərlə bağlı səhiyyə müəssisələrinə müraciət edib.

Nazir, həmçinin bildirib ki, qurban kəsimlərinin peşəkarlar tərəfindən həyata keçirilməməsi belə hallara yol açır. O, hələ heyvan kəsməyənlərə buna diqqət etmələrini tövsiyə edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Azərbaycan nefti ucuzlaşıb

  • 26.06.2024 - 13:14
image

Təkliyin insana 5 faydası

  • 24.06.2024 - 12:39