Şənbə, 20 İyul

Messi 1,4 milyardlıq müqavilədən imtina etdi

image

Lionel Messi 1,4 milyardlıq müqavilədən imtina edib.

Xəbər verilir ki, bunu “Əl-Hilal”ın prezidenti Anmar Al Xaili deyib.

O, 2023-cü ilin yayında argentinalı ulduzu komandaya cəlb etməyə çalışdıqlarını bildirib. Səudiyyə Ərəbistanı təmsilçisinin rəhbəri ailəsi üzündən Messinin “yox” cavab verdiyini qeyd edib: “Messi ilə əlaqə qurduq və ona 1,4 milyardlıq müqavilə təklif etdik. Amma ailəsi ABŞ getmək istədiyi üçün Lionel imtina cavabı verdi. Futbolçunun ailəsinə görə belə təklifi rədd etdiyi təəccüblü idi. Biz onun qərarına hörmət edirik, ailə puldan önəmlidir”.

Qeyd edək ki, ötən ilin yayında PSJ-dən ayrılan Messi “İnter Mayami”yə keçib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15