Şənbə, 20 Aprel

Əfqanıstanda məsciddə partlayış: 30 ölü var

image

Əfqanıstanın Qəndəhar şəhərində cümə namazı zamanı ən böyük şiə məscidində partlayış baş verib.

Xəbər verilir ki, hücum nəticəsində 30 nəfər həyatını itirib.

Qeyd edək ki, partlayışın baş verdiyi "Fatimiyyə" məscidi "Taliban" qüvvələrinin qalası olaraq bilinən Qəndəhar şəhərində yerləşir.

Oxşar hücum ötən cümə günü Kunduz şəhərində də baş vermiş və 100 nəfərin həyatına son qoymuşdu.

Kunduzda baş verən partlayışa görə məsuliyyəti "İŞİD" terror təşkilatı öz üzərinə götürmüşdü.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20