Şənbə, 20 Aprel

İran Çinlə nüvə razılaşmasını müzakirə etdi

image

İran Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan çinli həmkarı Vanq Yi ilə nüvə anlaşmasını müzakirə edib.

Xəbər verilir ki, tərəflər arasında baş tutan telefon danışığı zamanı nüvə müqaviləsi və iki ölkə arasında imzalanan 25 illik Hərtərəfli Əməkdaşlıq Sazişi ətrafında danışılıb.

Nazir Van Yi bütün tərəflərin nüvə anlaşmasına qayıtmasının vacibliyini vurğulayıb. Nazir İranla Avropa İttifaqı (Aİ) arasında başlayan danışıqları izlədiklərini və bundan məmnun qaldıqlarını, 25 illik müqaviləni həyata keçirməyə hazır olduqlarını, yeni növ koronavirusla (COVID-19) mübarizədə Tehranla əməkdaşlığa davam edəcəklərini də ifadə edib.

Hüseyn Əmir Abdullahiyan da İran və Aİ arasında danışıqların müsbət olduğunu və Brüsseldə davam edəcəyini dilə gətirib. Eyni zamanda ABŞ-ın sanksiyaları ləğv etməli olduğunu da bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20