Çərşənbə, 26 İyun

Almaniya əfqanları BELƏ geri qaytarmağa çalışır

image

Almaniya ölkədə qalmasına icazə verilməyən əfqan qaçqınların bir hissəsini Özbəkistan üzərindən vətənlərinə - Əfqanıstana qaytarmaq istəyir.

Xəbər verilir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Agentlik bildirir ki, Almaniya bu məsələni Daşkəndlə müzakirə edir. Almaniyanın daxili işlər naziri Nensi Feserin tapşırığı ilə Almaniya rəsmilərindən ibarət nümayəndə heyəti mayın sonunda “miqrasiya və deportasiya paktı”nı müzakirə etmək üçün Daşkəndə səfər edib. Dərmanlar

Sığınacaq verilməmiş və Almaniyadan deportasiya edilmiş “məhdud sayda” əfqanların Özbəkistana, Daşkənddən isə qonşu Əfqanıstana göndərilməsi planlaşdırılır. Kabilə uçuşlar “özəl aviaşirkət” tərəfindən həyata keçiriləcək. Nəşr əlavə edir ki, bu, Almaniyaya radikal “Taliban” hərəkatı ilə danışıqlardan yayınmağa imkan verəcək.

Özbəkistan hakimiyyəti Berlinin təklifini öyrənir. 

“Bloomberg”in yazdığına görə, onlar sazişə Özbəkistandan Almaniyaya “bacarıqlı işçilərin” qanuni miqrasiyasına imkan verən ikitərəfli müddəaların daxil edilməsini istəyirlər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Təkliyin insana 5 faydası

  • 24.06.2024 - 12:39