Çərşənbə, 26 İyun

Azərbaycanda 6 uşaq qidadan zəhərləndi

image

Bərdə rayonunda 6 azyaşlı qidadan zəhərlənib.

Xəbər verilir ki, hadisə iyunun 17-si saat 01 radələrində rayonun Zümürxan kəndində baş verib.

2015-ci il təvəllüdlü A.Paşayeva, onun 6 və 8 yaşlı bacıları, 2 yaşlı qardaşı H.Paşayev, eləcə də onlara qonaq gəlmiş 2018-ci il təvəllüdlü M.Əhmədova və 2021-ci il təvəllüdlü X.Hüseynli qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Azyaşlılardan H.Paşayev və M.Əhmədovanın vəziyyəti orta-ağır qiymətləndirilir. Digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Azərbaycan nefti ucuzlaşıb

  • 26.06.2024 - 13:14
image

Təkliyin insana 5 faydası

  • 24.06.2024 - 12:39