Çərşənbə, 26 İyun

Türkiyədə meşə yanğını: Qurumlar səfərbər oldu

image

Türkiyənin Aydın vilayətinin Çine ilçəsində əkin sahəsində başlayan yanğın meşəyə keçib.

Xəbər verilir ki, əraziyə yanğınsöndürmə qrupları cəlb edilib.

Aydın valisi Yakup Canbolat qısa zamanda yanğının lokallaşdırılacağını bildirib.

O, həmçinin 6 helikopter, 8 təyyarə, 24 yanğınsöndürən maşın, 10 su çəni, müxtəlif texnikaların, həmçinin 185 nəfərin yanğının söndürülməsinə cəlb olunduğu bildirib.

Yanğının hansı səbəbdən baş verdiyi açıqlanmır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Təkliyin insana 5 faydası

  • 24.06.2024 - 12:39