Şənbə, 20 İyul

İsa peyğəmbərin kitabxanada gizli qalan təsviri

image

Almaniyada İsa peyğəmbərin uşaqlığını təsvir edən ən qədim əlyazma tapılıb.

Tədqiqatlar göstərir ki, əlyazma 1600 il əvvələ aiddir. Burada İsanın uşaqlıq illərindən, məsələn, gil heykəlciklərin canlı quşlara çevrilməsi epizodlarından bəhs edilir. Bu, Fomanın İncilinin 11-ci əsrə aid ən erkən nüsxəsi hesab edilir.

Onilliklər ərzində papirus parçası Hamburq Dövlət və Universitet Kitabxanasında saxlanılıb. Sənədin yunan dilində bir məktub və ya alış-veriş siyahısı ola biləcəyi düşünülürdü. Yeni araşdırmada alimlər yazıları (hər birində təxminən 10 hərfdən ibarət 13 sətir) deşifrə ediblər. Onlar burada yazılanları digər erkən xristian mətnləri ilə müqayisə ediblər. Səliqəsiz əl yazısına əsasən əlyazmanın məktəb şagirdi və ya rahib olmaq istəyən bir şəxs tərəfindən qeydə alındığı bildirilir.

"Əvvəlcə mətndə "İsa" sözünü gördük. Sonra onu bir çox digər rəqəmsallaşdırılmış papiruslarla müqayisə edərək, deşifrə etdik", - deyə alimlər bildiriblər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15