Cümə axşamı, 04 İyul

Ərdoğan: “Əvvəllər amerikalı liderlərin heç biri ilə aramızda bu cür narazılıq yaşanmayıb”

image

“Əvvəl amerikalı liderlərin heç biri ilə aramızda bu cür narazılıq yaşanmayıb. Təəssüf ki, ABŞ terror təşkilatları ilə mübarizə aparmır, gözləniləndən də artıq dəstək verir”.

Xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Prezident Ərdoğan bildirib ki, iki NATO ölkəsi olaraq ABŞ-la Türkiyə terrorla mübarizə məsələsində fərqli mövqedədir: “Amerika ilə münasibətlərimiz iki NATO ölkəsi olaraq bu şəkildə olmamalıdır. Amerikanın terror təşkilatları ilə mübarəzə aparması lazım olduğu halda, onlara çox miqdarda silah-sursat dəstəyi verir. Belə bir mövqe olduğu müddətcə bizim də bir NATO ölkəsi olaraq bunu bütün dünya ictimaiyyətilə paylaşmamız lazımdır”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

65 yaşlı kişini ilan sancdı

  • 02.07.2024 - 12:07
image

Bu gün Türkiyənin oyunu var

  • 02.07.2024 - 11:05