Cümə, 05 İyul

Azərbaycanda təcavüzə görə bu cəza verildi - “Biabırçılıqdır!”

image

Xəbər verdiyimiz kimi, mayın 27-də Bakıda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan taksi sürücüsü İsmayıl Həsənov həbs edilib. Məhkəmə prosesi zamanı həmin şəxs 1 il müddətinə azadlıqdan məhrum edilib. Cəza müddətinin az olması cəmiyyətdə birmənalı qarşılanmayıb. 

Bəs bu qərar nə dərəcədə ədalətlidir? 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova danışıb. Bildirib ki, belə qərarlara yenidən baxılmalıdır: 

“15 yaşda bir qızın razılığı belə olsa, bu əsas götürülə bilməz. 16 yaşında olanda qanunvericilik buna müəyyən qədər imkan yaradır. Ancaq 15 yaşında bir uşaqdan söhbət gedirsə, bu ola bilməz. Hətta razılığı olsa belə, həmin hal birbaşa zorlanma hesab olunur. 

Ümumiyyətlə, son zamanlar bəzi hakimlərin belə cinayətlərdə yüngül cəza verməsi qəbuledilməzdir. Bu kimi hallarda ekspertiza da hadisənin şərhində ortaya ciddi mövqe qoymur. Ya yazırlar ki, ciddi xəsarət yoxdur, ya da toxunulmayıb və s. Hadisənin özü həm mənəvi cəhətdən, həm də cinayət baxımından çox ciddi nə narahatedicidir. Sözügedən məsələlərə yenidən baxış keçirməyə çox böyük bir ehtiyac var. 15 yaşlı uşağın təcavüzə məruz qalması və bunun özünün razılığı kimi qiymətləndirilməsi çox absurddur. Cinayət Məcəlləsi deyir ki, şəxsin 15 yaşı varsa, ona qarşı hər hansı cinsi münasibət halı baş veribsə, qarşı tərəf üçün ciddi cəza tərtib olunmalıdır. Belə hallarda yüngül cəza verilməsini mən başa düşə bilmirəm. Ötən dəfə də, övladlarına qarşı cinsi hərəkətlər edən adama 2 il 6 ay cəza verildi. Bu səbəbdən həmin məsələ qaldırılmalıdır ki, nə baş verir? Hakimlərlə görüşlər keçirilməlidir, soruşulmalıdır ki, bu cür adamlara hakimlər niyə dəstək verirlər? Cəzaların az olması gələcəkdə çox mənfi hallara yol açacaq. İstənilən şəxs azyaşlı uşaqla cinsi münasibətdə olub deyəcək ki, öz razılığı ilə olub. Bu nə biabırçılıqdır? Bunun nəticəsidir ki, son zamanlar seksual tipli hərəkətlərə meyllər çoxalıb. Bu cür cəzaların göstəricisi olaraq, düşünəcəklər ki, mən nə etsəm, uşaqdır, qorxudacam və deyəcəm ki, öz razılığı ilə olub”. 

M.Zeynalova qeyd edib ki, 16 yaşlı şəxsin öz razılığının qəbul edilməsi məsələsi də müzakirə edilməlidir: 

“Sözügedən hal erkən nikahlara rəvac verir. Bunu 18 yaşdan çox etmək daha yaxşı olar. 16 yaş söhbətini aradan qaldırmaq lazımdır. Avropalaşmaq istəyirlərsə, azad seksual münasibətləri dəstəkləsinlər. Bununla bağlı qanunvericikdə çox ciddi dəyişiklik edilməlidir. İstənilən adam, ya hakim, ya valideyn, ya da cinayətkar olsun, belə hallardan sui-istifadə etməməlidir. Birmənalı olaraq, qəbul etmək lazımdır ki, bu pedofiliyadır. Kiminsə uşağını aldadıb, şirin dilə salıb onunla cinsi əlaqədə olmaq cinayətdir”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

65 yaşlı kişini ilan sancdı

  • 02.07.2024 - 12:07
image

Bu gün Türkiyənin oyunu var

  • 02.07.2024 - 11:05