Cümə, 05 İyul

Məqsədli nikahların qarşısı alınacaq

image

“Təcrübədə saxta nikahlara, hansısa miqrasiyanın tələblərindən qaçmaq üçün nikaha daxil olurlar. Məqsədli nikahla əlaqəli yeni layihə üzərində işlənilir. Bir neçə ölkənin təcrübəsinə baxılıb”.

Xəbər verilir ki, bunu Milli Məclisdə keçirilən komitə iclasında Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat Baş İdarəsinin Hüquqi təminat idarəsinin rəisi Nizami Quliyev deyib.

O bildirib ki, artıq şəxs nikaha daxil olduğu halda onun məqsədinin nə olduğunu və nikahının dəqiqliyini yoxlaya biləcəklər:

“Çünki məqsədi ortaya çıxarmaq ağır prosesdir. Hazırda məqsədli nikahları ancaq müraciətlər əsasında müəyyən edə bilirik. Yeni hazırlanacaq layihədə bütün bu məsələlər nəzərdə tutulub”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

65 yaşlı kişini ilan sancdı

  • 02.07.2024 - 12:07
image

Bu gün Türkiyənin oyunu var

  • 02.07.2024 - 11:05