Çərşənbə, 26 İyun

85 yaşlı aktyor teatr tamaşasında yıxıldı - Xəstəxanaya yerləşdirildi - FOTO

image

Tanınmış aktyor İan Makkellen xəstəxanalıq olub.

Xəbər verilir ki, "Player Kings" tamaşasında oynayarkən  səhnədən yıxılıb və yaralanıb.

Aktyor döyüş səhnəsi zamanı müvazinətini itirib.

Teatrdakıların köməyi ilə təcili olaraq xəstəxanaya aparılan Makkellenin səhhəti ilə bağlı hələ ki, açıqlama verilməyib.

Xatırladaq ki, 85 yaşlı İan "The Lord of the Rings" adlı ekran işi ilə məşhurlaşıb.
30-dan artıq filmdə müxtəlif obrazlar yaradıb.

1991-ci ildə isə kino və teatr sənətinə verdiyi töhfələrə görə "Cəngavər" tituluna layiq görülüb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zaxarovadan Qriqoryana CAVAB

  • 26.06.2024 - 20:10
image

Azərbaycan nefti ucuzlaşıb

  • 26.06.2024 - 13:14
image

Təkliyin insana 5 faydası

  • 24.06.2024 - 12:39