Çərşənbə, 26 İyun

NATO-nun hərbi xərcləri 18 % artacaq

image

NATO üzvü olan 32 ölkədən 23-ü 2024-cü ildə hərbi xərclərini ÜDM-in 2 %-nə qədər artırıb, alyansın ümumi hərbi xərcləri keçən illə müqayisədə 18 % artacaq.

Məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq ABŞ Prezidenti Co Baydenlə görüşündə deyib.

"Bu gün hərbi xərclərlə bağlı yeni rəqəmlər dərc edə bildik. Avropa və Kanadadan olan NATO ölkələri hərbi xərclərini 18 % artırıb və bu gün 23 ölkə ÜDM-in 2 %-nə çatıb", - Stoltenberq bildirib.

O vurğulayıb ki, bu, NATO-nun hərbi xərclərinin son onilliklərdəki ən böyük artımıdır və ABŞ üçün yaxşıdır, çünki pulun üçdə ikisi Birləşmiş Ştatlardakı hərbi sifarişlərə gedir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zaxarovadan Qriqoryana CAVAB

  • 26.06.2024 - 20:10
image

Azərbaycan nefti ucuzlaşıb

  • 26.06.2024 - 13:14
image

Təkliyin insana 5 faydası

  • 24.06.2024 - 12:39