Şənbə, 20 İyul

Bakının 3 rayonunda qaz kəsiləcək

image

Bu gün saat 10:00-dən etibarən Xaçmaz rayonu Xudat şəhərinin və paytaxtın Nizami, Səbail və Xətai rayonlarının qaz təchizatı müvəqqəti dayandırılacaq.

Xəbər verilir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

“Xudat” qaz paylayıcı stansiyanın (QPS) “Qaz İxrac” İdarəsinə məxsus texnoloji hissəsində görüləcək təmir işləri ilə əlaqədar iyunun 14-də saat 10:00-dan 17:00-dək “Xudat” QPS-dən qidalanan “Xudat” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. SEO Xidməti

Təmir işləri görülən müddətdə Xaçmaz rayonunun (Xudat şəhəri, rayonun 30 kəndi) bir hissəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

Bu gün paytaxtın Nizami, Səbail və Xətai rayonları ərazisində görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dən etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Nizami rayonu üzrə Qara Qarayev, Naxçıvanski, Bəhruz Nuriyev, Babək və İlham Məmmədov küçələrinin Səbail rayonu üzrə Bayıl qəsəbəsinin Buxta küçəsinin, Xətai rayonu üzrə isə Oksigen, Q.Məmmədov, Zığ yolu, Sadıqcan, Cavanşir, R.Quluyev, Kombinant küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15