Şənbə, 20 İyul

Bu rayonda qaz olmayacaq

image

İyunun 14-də Biləsuvar rayonunun bir neçə yaşayış məntəqəsinin qaz təchizatında fasilə olacaq.

Xəbər verilir ki, Biləsuvar qazpaylayıcı stansiyasından qidalanan orta təzyiqli yeraltı qaz kəmərlərinin kipliyə sınaq edilməsi məqsədilə aparılacaq işlərə görə 14 iyun saat 10:00-dan başlayaraq işlər başa çatana qədər rayonun 5 yaşayış məntəqəsini
(Biləsuvar şəhər, Bağbanlar, Günəşli, Çaylı, Arazbarı kəndləri) əhatə etməklə 5 500 nəfər abonentə təbii qazın verilişi dayandırılacaq.

Abonentlərdən xahiş edilir ki, qeyd olunan yaşayış məntəqələrində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaqla, təhlükəsizlik tədbirlərinə riayət etsinlər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15