Çərşənbə axşamı, 18 İyun

Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA 

image

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

İyunun 12-si saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib. Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.

Düşən yağıntının miqdarı Qəbələdə 73 mm, Xaltanda 63 mm, Göyçayda 62 mm, Mingəçevirdə 56 mm, Yevlaxda 40 mm, Qrızda 33 mm, İsmayıllıda 28 mm, Altıağacda 24 mm, Naftalanda 22 mm, Qaxda 20 mm, Oğuzda 19 mm, Şəkidə 13 mm, Şamaxı, Şahbuz, Quba, Bərdə, Culfa, Tərtər, Qusar, Yardımlı, Şabran, Ordubad, Gədəbəy, Ağdam, Zaqatala, Balakən, Qobustan, Kürdəmir, Sabirabad, Lənkəran, Astara, Göygöldə 9 mm-dək olub.

İyunun 11-i saat 20:55 radələrində Oğuz rayonu Tayıflı, Şirvanlı, Xalxal kəndlərinə diametri 10 mm olan dolu düşüb.

Şərq küləyi arabir Mingəçevirdə 25 m/s, Goranboyda 19 m/s, Göyçay, Naftalanda 18 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27-33, Naxçıvan MR-da 29-31, Aran rayonlarında 30-34, dağlıq rayonlarda 22-27 dərəcə isti olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 39° isti olacaq

  • 17.06.2024 - 12:59
image

Zelenski şərtini açıqladı

  • 16.06.2024 - 19:28