Çərşənbə axşamı, 18 İyun

Türkiyədə kəskin istilər: 40 dərəcəni keçəcək

image

Türkiyənin cənub bölgələri başda olmaqla, bir çox yerlərində havanın temperaturu çərşənbə günündən etibarən 8-12 dərəcə yüksələcək və 40 dərəcəni keçəcək.

Antalya kurortunda və ətraf ərazilərdə termometr 45 dərəcəyə qədər yüksələ bilər. Bu barədə respublikanın ekologiya naziri Mehmet Özhaseki bildirib.

Onun sözlərinə görə, bu həftə Ankara və İstanbulda hava isti olacaq - müvafiq olaraq 34-36 və 32-34 dərəcə. Türkiyənin mərkəzi və cənub-şərqini, xüsusilə Diyabəkir və Şanlıurfa vilayətlərini 40 dərəcə istilər əhatə edəcək.

Meteoroloqlar Türkiyədə isti havanın ən azı həftənin sonuna qədər davam edəcəyini və temperatur rekordunun qeydə alındığı keçən ilin eyni dövrü ilə müqayisədə daha yüksək olacağını gözləyirlər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 39° isti olacaq

  • 17.06.2024 - 12:59
image

Zelenski şərtini açıqladı

  • 16.06.2024 - 19:28