Çərşənbə axşamı, 21 May

Axtarış

Zəlzələ” üzrə 567 nəticə tapıldı

05.02.2024 - 10:44

Türkiyədə zəlzələdən sonra dağıntılar altından xilas edilən qadın 111 yaşını qeyd etdi - FOTO/VİDEO

Adıyamanın Besni rayonunda (Türkiyə) keçən il baş verən zəlzələdən təxminən 5 saat sonra dağıntılar altından xilas edilən Xədicə Düzer 111 yaşını qeyd edib. Xədicə Düzer yanvarın 28-də xəstələnib və yaxınları tərəfindən xəstəxanaya aparılıb. Ona pnevmoniya diaqnozu qoyulub. Bir neçə gün reanimasiyada müalicə aldıqdan sonra evə buraxılan qadın üçün xəstəxana rəhbərliyi, hə


04.02.2024 - 20:21

Bu ərazilərə zəlzələ XƏBƏRDARLIĞI edildi: 7 bal gücündə...

Ötən il fevralın 6-da baş verən və təxminən 53 min insanın ölümünə səbəb olan Kahramanmaraş mərkəzli zəlzələlərlə əlaqədar İstanbul Texniki Universitetinin professoru Tuncay Taymaz zəlzələ xəbərdarlığı edib. Xəbər verilir ki, Taymaz Sivrice, Palu, Bingöl və Hazar arasında 6,5-7 bal gücündə zəlzələnin ola biləcəyini bildirib. Həmçinin o, Şərqi Anadolu Fay xəttinin cənuba doğru hərə


03.02.2024 - 18:07

Oklahomada GÜCLÜ ZƏLZƏLƏ 

ABŞ-nin Oklahoma ştatında 5,1 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri təxminən 681 min nəfər əhalisi olan Oklahoma Siti şəhərindən 71 km şimal-şərqdə yerləşib. Ocaq 6 km dərinlikdə qeydə alınıb. İtkilər və dağıntılar barədə məlumat yoxdur.


29.01.2024 - 13:28

Zəlzələ ilə bağlı XƏBƏRDARLIQ: 6 şəhər təhlükədədir

Türkiyənin 6 şəhəri üçün zəlzələ xəbərdarlığı edilib. Xəbər verilir ki, bu barədə Professor Şenol Hakan Kutoğlu məlumat verib. O, yanvarın 25-də Malatyada baş verən zəlzələdən sonra radar peyk məlumatlarından və hazırladıqları zəlzələ təhlükəsi proqramından istifadə edərək bölgəni araşdırdığını bildirib. Onun sözlərinə görə, Ərzurum-Ərzincan, Adana, Malatya və Amasya-Çorum digər bölgə


28.01.2024 - 18:23

Bu ölkədə 6,5 ​​ballıq zəlzələ oldu

Braziliyada 6,5 ​​bal gücündə zəlzələ qeydə alınıb. Xəbər verilir ki, bu barədə məlumatı ABŞ Geoloji Xidməti yayıb. Zəlzələnin episentri təxminən 16,5 min nəfər əhalisi olan Tarauaka şəhərindən 66 km qərbdə yerləşib. Mənbə 609,5 km dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat verilməyib.


27.01.2024 - 15:02

Çində yenidən güclü zəlzələ oldu

Çində 5,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar 2 bal gücündə Almatıda da hiss olunub. Xəbər verilir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb. “Zəlzələnin episentri Çinin Almatı şəhərindən 257 km cənub-şərqdə yerləşib”, - məlumatda qeyd olunub.


25.01.2024 - 15:53

Çində ardıcıl iki güclü yeraltı təkan qeydə alınıb

Yanvarın 25-də səhər saatlarında Qazaxıstanın Almatı şəhərindən 258 kilometr cənub-şərqdə Çin ərazisində ardıcıl olaraq 5,1 bal və 5,9 bal gücündə iki zəlzələ qeydə alınıb. Bu barədə Qazaxıstanın Almatı vilayətinin Fövqəladə Hallar Departamentinin Mətbuat Xidməti məlumat yayıb. Seysmik stansiyanın məlumatına görə, maqnitudası 5,1 olan yeraltı təkanların episentri 10 kilometr dərinlikdə yerləşib. Qeyd olunub ki, Almatıda zəlzələ iki


24.01.2024 - 09:01

Çində güclü zəlzələ oldu

Çində Qırğızıstanla sərhəd yaxınlığında 5,2 maqnitudalı zəlzələ qeydə alınıb. "Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, təbii fəlakətin episentri Çinin Aksu mahalından 144 km cənub-qərbdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşir. Tələfat və dağıntılar barədə məlumat yoxdur.


23.01.2024 - 16:18

Bu il Azərbaycanda güclü zəlzələ ola bilər?

“Bu il superaktiv il olacaq, zəlzələlər baş verəcək, həmçinin palçıq vulkanları püskürəcək”. Xəbər verilir ki, bunu “Xezerxeber”ə açıqlamasında Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev deyib. Onun sözlərinə görə, 2024-cü ildə güclü və hiss olunan zəlzələlər baş verəcək. Qeyd edək ki, yanvarın 19-u Azərbaycanda baş vermiş zəlzələ təxminən 10-dan çox rayonda hiss edilib. Daha ə


23.01.2024 - 14:13

Çində yenidən zəlzələ olub

Çində Pekin vaxtı ilə saat 09:18-də (Bakı vaxtı ilə 05:18-də) Sincan-Uyğur Muxtar Vilayətinin Aksu əyalətinin Uşi rayonunda zəlzələ baş verib. Çin Seysmoloji Şəbəkə Mərkəzinin məlumatına görə, zəlzələnin episentri 10 km dərinlikdə olub. Ölənlər və dağıntılar barədə məlumat verilmir. Həmçinin yerli vaxtla saat 09:52-də (Bakı vaxtı ilə 07:52) Almatıda növbəti zəlzələ hiss olunub, yeraltı təkanların gücü 2 bal olub. 5,2 bal gücü


23.01.2024 - 09:34

Türkiyənin 2 bölgəsində də zəlzələ oldu

Türkiyənin Hatay və Kahramanmaraş vilayətlərində zəlzələ olub. Xəbər verilir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, təbii fəlakət Hatayda 3,3 bal gücündə, Kahramanmaraşda isə 3,5 bal gücündə olub. Belə ki, Hatayda yeraltı təkanın ocağı 6,92 km, Kahramanmaraşda isə 7 km dərinlikdə yerləşib. Xatırladaq ki, ötən gün Çində və Qazaxıstanda da zəlzələlə


21.01.2024 - 11:25

Azərbaycanda zəlzələ oldu

Şamaxı rayonunda zəlzələ olub. Xəbər verilir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, Pirqulu stansiyasından 12 kilometr şimalda Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Yeraltı təkanlar episentrdə və yaxın ərazilərdə 3 bala qədər hiss olunub. Zəlzələ ocağı yerin 5 kilometr dərinliyində olub.


Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06