Çərşənbə axşamı, 21 May

Axtarış

Zəlzələ” üzrə 567 nəticə tapıldı

21.11.2023 - 15:25

Xaçmazda zəlzələ oldu

Quba stansiyasından 28 km şimal-şərqdə Xaçmaz rayonunda zəlzələ qeydə alınıb. Ətraflı Xəbər verilir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ hiss olunmayıb.


21.11.2023 - 09:41

İranda güclü zəlzələ oldu: 25 nəfər yaralandı 

İranda baş verən zəlzələ nəticəsində 25 nəfər yaralanıb.  Xəbər verilir ki, bu barədə İranın dövlət xəbər agentliyi (IRNA) məlumat yayıb.  Yeraltı təkanlar Sistan və Bəlucistan vilayətinin mərkəzi Zahedanda baş verib və 4,7 bal gücündə olub.  Zəlzələ nəticəsində 25 nəfər yaralanıb.   


17.11.2023 - 09:40

Azərbaycanda zəlzələ olub

İsmayıllı rayonunda zəlzələ baş verib. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan verilən məlumatına əsasən, yeraltı təkanlar bu gün yerli vaxtla 04:56-da İsmayıllı stansiyasından 3 km şimalda, İsmayıllı rayonunda qeydə alınıb. Bildirilir ki, zəlzələnin maqnitudası 3,6, dərinliyi 7 km olub. Zəlzələ 3 bal gücündə hiss olunub.    


13.11.2023 - 09:02

Gecə Azərbaycanda zəlzələ olub

İsmayıllı rayonunda zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Yeraltı təkanlar saat 02:50-də İsmayıllı stansiyasından 4 km şimalda qeydə alınıb. Qeyd olunub ki, maqnitudası 3, dərinliyi 7 km olan zəlzələ hiss olunmayıb.


12.11.2023 - 08:40

İsmayıllıda zəlzələ OLUBI'm 

İsmayıllı rayonunda zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Yeraltı təkanlar saat 22:46-da İsmayıllı stansiyasından 4 km şimalda, İsmayıllı rayonunda qeydə alınıb. Maqnitudası 2,9, dərinliyi 7 km olan zəlzələ bəzi insanlar tərəfindən hiss olunub.


11.11.2023 - 09:00

Azərbaycanda ZƏLZƏLƏ oldu

İsmayıllı rayonunda zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Yeraltı təkanlar bu gün yerli vaxtla saat 08:00-da İsmayıllı stansiyasından 3 km şimalda, İsmayıllı rayonunda qeydə alınıb. Maqnitudası 3, dərinliyi 7 km olan zəlzələ hiss olunmayıb.


07.11.2023 - 09:22

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ olub.  Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.  Məlumata görə, saat 09:19 radələrində Lənkəranda zəlzələ baş verib.  Yeraltı təkan təxminən 3-4 bal arasında hiss edilib. Zəlzələ Cəlilabadda da hiss edilib. 


06.11.2023 - 16:27

Azərbaycanda zəlzələ oldu

İlkin məlumata əsasən Azərbaycan ərazisində zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələnin maqnitudası 3,3, dərinliyi 4 km olub. Zəlzələ hiss olunmayıb.


04.11.2023 - 10:03

Nepalda güclü zəlzələ - 128 nəfər ÖLDÜ

Bu gün səhər saatlarında Nepalın ucqar bölgəsində 6,4 bal gücündə dağıdıcı zəlzələ baş verib.  Xəbər verilir ki, təbiət hadisəsi nəticəsində azı 128 nəfər həlak olub. Nepal səlahiyyətlilərinə görə, 140-dan çox insan yaralanıb. Ölənlərin sayının artacağı gözlənilir. Zəlzələnin təkanları hətta 500 kilometrdən çox uzaqlıqdakı Yeni Dehliyə də çatıb.


03.11.2023 - 09:02

Dəhşətli PROQNOZ: Türkiyəni 8 ballıq zəlzələ gözləyir!

Türkiyədə Mərmərə regionunu 7,9 bal gücündə zəlzələ gözləyir. Tələfat isə fevral fəlakətindən 2-3 dəfə çox ola bilər. Bu barədə yaponiyalı mütəxəssis Yoşinori Morivaki deyib. "Əgər torpaq süxuru pisdirsə, 2000-ci ildən sonra bina tikməyə icazənın olub-olmamasına baxmaq lazımdır. Təəssüf ki, Türkiyədə icazəsiz tikililər çoxdur", - deyə o bildirib. Ekspert Bingöl, Karlıova, Bitlis, Muş,


31.10.2023 - 12:28

İranda güclü zəlzələ oldu

İranda 5 bal gücündə zəlzələ baş verib.  Xəbər verilir ki, İranın Cənubi Xorasan vilayətində 5 bal gücündə zəlzələ baş verib.  Hələlik itkilər və dağıntılar barədə məlumat yoxdur. 


30.10.2023 - 16:38

Qəhrəmanmaraşda yenidən güclü zəlzələ oldu

Türkiyənin Qəhrəmanmaraş şəhərinin Göksün rayonunda 4,2 bal gücündə zəlzələ baş verib. Xəbər verilir ki, xəbər verir ki, bu haqda AFAD məlumat yayıb. Bildirilib ki, yerli saatla 19.25-də baş verən zəlzələ yerin 7.07 kilometr dərinliyində qeydə alınıb.


Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06