Çərşənbə axşamı, 21 May

Axtarış

Zəlzələ” üzrə 567 nəticə tapıldı

06.03.2024 - 08:55

Azərbaycanda zəlzələlər qaçılmazdır: “4-6 bal gücündə...” - ŞOK AÇIQLAMA

Xəbər verdiyimiz kimi, martın 4-də Türkiyənin Çanaqqala vilayətinin Yenice rayonunda zəlzələ baş verib. Bu haqda AFAD-ın yaydığı məlumatda deyilir ki, yeraltı təkanlar 4,9 bal gücündə olub. Zəlzələ İstanbul və ətraf vilayətlərdə də hiss edilib. Göründüyü kimi, Türkiyədə zəlzələ kabusu bitmək bilmir. Görəsən, bu zəlzələ növbəti güclü zəlzələnin xəbərçisi ola bilərmi? Qeyd


05.03.2024 - 11:00

Türkiyədə güclü zəlzələ: İstanbulda da hiss edildi

Türkiyənin Çanaqqala bölgəsində zəlzələ qeydə alınıb. Xəbər verilir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb. Axşam saatlarında baş verən yeraltı təkanlar İstanbul və ətraf vilayətlərdə də hiss olunub. Məlumata görə, 4,9 bal gücündə zəlzələnin ocağı yerin 10,44 kilometr dərinliyində olub. Dağıntılar və tələfat barədə məlumat


04.03.2024 - 16:04

İndoneziya sahillərində zəlzələ olub

İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib. Məlumata görə, zəlzələ 10 km dərinlikdə qeydə alınıb. Yeraltı təkanlar Sumatra adasında yerləşən Benkulu şəhərindən 224 km aralıda müşahidə edilib. Təbii fəlakət nəticəsində itkilər və dağıntılar barədə məlumat yoxdur.


04.03.2024 - 15:38

Türkiyədə 11 mərtəbəli binanı kəndirlə dartaraq uçurdular

Türkiyədə mərkəzi Kahramanmaraş olan zəlzələlərdə böyük dağıntıların yaşandığı Hatay vilayətində təmizləmə işləri yekunlaşıb. Zəlzələdən zərər çəkən rayonun Arsuz mahalında məhkəmə prosesi tamamlanan “Defne Sitesi”nə məxsus 11 mərtəbəli bina kəndirlə inşaat texnikası vasitəsilə dartılaraq sökülüb. Nəhəng binanın çökdüyü anlar mobil telefon kamerası ilə saniyə-saniyə qeydə


03.03.2024 - 16:58

Türkiyədə yenə zəlzələ oldu

Türkiyənin Malatya vilayətində yenidən zəlzələ olub. Xəbər verilir ki, bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat yayılıb. Bildirilib ki, vilayətin Doğanşehir rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 4.4 ballıq maqnituda ilə qiymətləndirilib. Ocağı yerin 7.31 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.


03.03.2024 - 13:36

Monqolustanda güclü zəlzələ oldu

Bu gün Monqolustanın qərbində, Rusiya ilə sərhəddən təxminən 340 km aralıda 5,8 bal gücündə zəlzələ qeydə alınıb. Xəbər verilir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb. Qeydə alınan zəlzələnin episentri Çuluut kəndindən təqribən 26 km cənub-şərqdə və Baykal rifi zonasının cənub-qərbində yerləşən Xubsuqul gölündə


02.03.2024 - 19:25

Sakit okeanda güclü zəlzələ olub

Sakit okeanda 5,8 maqnitudalı zəlzələ olub. Xəbər verilir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib. Xidmətin verilənlərinə əsasən, təbiət hadisəsinin episentri Ficiyə məxsus Ono-i-Lau adasından təqribən 35 km şərqdə olub. Yerli vaxtla saat 12:26-da (Bakı vaxtı ilə 04:26-da) qeydə alınmış yeraltı təkanların ocağı 536,6 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat verilməyib. Regionda sunami təhlükəsi elan olunmayıb.


25.02.2024 - 19:13

İndoneziya sahilində güclü zəlzələ oldu

İndoneziya sahilində 5,6 maqnitudalı zəlzələ olub. Xəbər verilir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.  Mərkəzin verilənlərinə əsasən, təbiət hadisəsinin episentri əhalisi 126 min olan Ranqkasbitunq şəhərindən 117 km cənubda yerləşib. Yeraltı təkanların ocağı 37 km dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.


22.02.2024 - 19:40

Bu ərazidə 7,3 ballıq zəlzələ ola bilər - Sensasiya

Bursada aktiv qırılma xətləri üzərində aparılan araşdırmada daha əvvəl xəritələrdə yer almayan Kayapa-Yenişehir Fay aşkar edilib. Xəbər verilir ki, bu nasazlığın 7,3 bal gücündə zəlzələ yarada biləcəyi bildirilir. Məlumata görə, Kayapadan Yenişehirə qədər uzanan fay xətti 95 kilometrdir.


20.02.2024 - 09:41

Azərbaycanda 5.5 maqnitudalı zəlzələlər olacaq – Seysmoloqdan XƏBƏRDARLIQ

Ötən gün Xəzər dənizində bir neçə saat fasilə ilə 3 dəfə zəlzələ qeydə alınıb. Belə ki, ilk zəlzələ təkanı Xəzər dənizində yerli vaxtla saat 12.30-da 3,4 maqnitudalı, ikinci təkan yerli vaxtla saat 16:46-da Xəzər dənizində 3.1 maqnitudalı, sonuncu və üçüncü təkan isə yerli vaxtla saat 18:49-da Xəzər dənizində 3.5 maqnitudalı zəlzələ formasında qeydə alınıb. Hazırda seysmoloji vəziyyəti necə dəyərləndirmə


15.02.2024 - 12:41

Azərbaycanda zəlzələ oldu

Azərbaycan ərazisində zəlzələ qeydə alınıb. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Saatlı-Sabirabad sərhəddində qeydə alınan zəlzələnin maqnitudası 3.9-dur. Zəlzələ hiss olunub.


10.02.2024 - 21:15

Cənubi Azərbaycanda zəlzələ oldu

Güney Azərbaycanda zəlzələ qeydə alınıb. Xəbər verilir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb. Bir neçə dəqiqə əvvəl Qərbi Azərbaycan əyalətinin Üçnova şəhərində 3,4 bal gücündə zəlzələ oldu.  Zəlzələnin episentrinin yerin 10 kilometr dərinliyində olduğu qeyd olunur. Yeraltı təkan Urmu və Mergur şəhərlərində də hiss olunub.


Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06