Bazar ertəsi, 17 İyun

Tərtərdə heyvan otararkən minaya düşüb ÖLDÜ

image

2024-cü il 21 may tarixində Tərtər rayonu Həsənqaya kəndi ərazisində mina hadisəsi baş verib. Xəbər verilir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyi birgə məlumat yayıb. 1965-ci il təvəllüdlü Hacıyev Arzu Nəcəf oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır. ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 39° isti olacaq

  • 17.06.2024 - 12:59
image

Zelenski şərtini açıqladı

  • 16.06.2024 - 19:28
image

“28 May”da kütləvi DAVA

  • 14.06.2024 - 10:33