Bazar ertəsi, 17 İyun

Aygün Kazımova türkiyəli həmkarı ilə oxudu - ViDEO

image

Xalq artisti Aygün Kazımova türkiyəli müğənni-bəstəkar Genco Ecerlə olan layihəsini təqdim edib. 

Xəbər verilir ki, “Maşallah” adlı mahnı DMC musiqi şirkəti imzası ilə dijital platformalarda yer alıb.

Pop kraliça və Genco “Maşallah” adlı mahnı üçün kamera qarşısına keçərək, kreativ bir klip də çəkdiriblər. Söz və musiqisi Gencoya aid olan mahnının rejissorluğu pop divanın son layihələrində rejissorluq edən Selim Akara həvalə olunub. 

Bu layihənin reallaşmasının əsas səbəbkarı Gencodur. İşbirliyi ilə bağlı təklif məhz ondan gəlib. Duet haqda açıqlama verən türkiyəli sənətçi bu mahnını yazarkən Aygün Kazımovadan ilhamlandığını bildirib.

“Maşallah”ın klipi İstanbulda Beykoz Kundura fabrikində 40 nəfərdən ibarət heyət çəkib. A.Kazımova ekran işində bir neçə obraz yaradıb. Ən fərqli və kreativ obrazlardan biri isə pop divanın ultra uzun hörüklərlə lentə alınan səhnəsi olub. Bu obrazın hazırlanmasına saatlar sərf olunub. 

Mahnı işıq üzü görmədən "TikTok"-da viral olub. Bəstədən yayılan bir neçə saniyəlik parçaya sözügedən platformada qısa vaxtda minlərlə videolar çəkilib.

A.Kazımova layihədə dəstəyə görə dünyaşöhrətli modelyer, dostu Rüfət İsmayıla təşəkkür edib.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 39° isti olacaq

  • 17.06.2024 - 12:59
image

Zelenski şərtini açıqladı

  • 16.06.2024 - 19:28
image

“28 May”da kütləvi DAVA

  • 14.06.2024 - 10:33
image

Lavrov Donbasa səfər edəcək

  • 12.06.2024 - 19:22