Bazar ertəsi, 29 Aprel

Bu ərazilərə zəlzələ XƏBƏRDARLIĞI edildi: 7 bal gücündə...

image

Ötən il fevralın 6-da baş verən və təxminən 53 min insanın ölümünə səbəb olan Kahramanmaraş mərkəzli zəlzələlərlə əlaqədar İstanbul Texniki Universitetinin professoru Tuncay Taymaz zəlzələ xəbərdarlığı edib.

Xəbər verilir ki, Taymaz Sivrice, Palu, Bingöl və Hazar arasında 6,5-7 bal gücündə zəlzələnin ola biləcəyini bildirib.

Həmçinin o, Şərqi Anadolu Fay xəttinin cənuba doğru hərəkət etdiyini və yaxın 30 ildə Livan, Fələstin, İsrail və Kiprdə böyük zəlzələ və sunamilərin baş verə biləcəyini vurğulayıb.

Taymaz, "Öz hesablamalarıma görə, birinci zəlzələnin maqnitudası 7,96, ikinci zəlzələnin gücü 7,8 baldır. Bunu xüsusilə vurğulamaq istərdim", - bildirib.

Professor bölgədəki artçı təkanlar haqqında "Təbii ki, artçı təkanlar hələ bitməyib. Təxminən 1-2 il ərzində bu bölgədə 5,5-dən böyük zəlzələlər olacaq" - xəbərdarlıq edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55