Cümə axşamı, 02 May

Çində yenidən zəlzələ olub

image

Çində Pekin vaxtı ilə saat 09:18-də (Bakı vaxtı ilə 05:18-də) Sincan-Uyğur Muxtar Vilayətinin Aksu əyalətinin Uşi rayonunda zəlzələ baş verib.

Çin Seysmoloji Şəbəkə Mərkəzinin məlumatına görə, zəlzələnin episentri 10 km dərinlikdə olub. Ölənlər və dağıntılar barədə məlumat verilmir.

Həmçinin yerli vaxtla saat 09:52-də (Bakı vaxtı ilə 07:52) Almatıda növbəti zəlzələ hiss olunub, yeraltı təkanların gücü 2 bal olub. 5,2 bal gücündə zəlzələnin episentri Çin və Qırğızıstan sərhədində yerləşib.

Qeyd edək ki, dünən axşam saatlarında episentri Çinin Aksu bölgəsindən 121 kilometr qərbdə və Almatıdan 270 kilometr cənub-şərqdə yerləşən zəlzələ baş verib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15