Bazar ertəsi, 17 İyun

Namiq Qaraçuxurlu: Biletləri qaytarın

image

Meyxanaçı Namiq Qaraçuxurlunun Lənkaran konserti ilə bağlı dəyişiklik edilib.

Xəbər verilir ki, ifaçı bu haqda özü məlumat verib.

O, konsertində məkan dəyişikliyi edib:

“Mayın 26-da baş tutmalı olan Lənkəran konserti ilə əlaqəli bəziləri üçün şad, bəziləri üçün bəd xəbərim var. Amma ümumən yaxşı xəbərdir. Konsert Olimpiya Kompleksində nəzərdə tutulmuşdu. Anons gedəndən sonra  mənə gileylər gəlir ki, biz ailəvi əyləşmək istəyirik. Ora konsert zalı deyil, bir az narahatlıq var. Yaxud kimsə ikinci-üçüncü cərgədən bilet almaq istəyir. Mənə də dostlarım zəng edirlər ki, ailəvi bilet almaq istəyirik, birinci-ikinci cərgədən. Lakin orada cərgə söhbəti yoxdur, sağ-sol məsələsi var.

Baxmayaraq ki, Olimpiya Kompleksində bizə böyük şərait yaradılıb. Amma müəyyən şeyləri nəzərə almamışıq. Sadəcə tamaşaçı tutumu çox olduğu üçün oranı götürdük. Gördük ki, reaksiyalar başqadır. İnşallah, Lənkəranda fərqli məkanda konsert edəcəyik.

Məkan dəyişdiyi üçün gün də dəyişir. Bir məkan var. Ora az adam tutur. Lakin ola bilsin ki, konserti 2 gün edək. Düşünürəm ki, bizi anlayarsınız. Sizin rahatlığınızı düşünürük. Biletləri qaytarın. Çünki o biletlə yer götürə bilməyəcəksiniz. Orada sıra məsələsi var. Burada aldığınız biletlə deyə bilməyəcəksiniz ki, filan sıradayam. Onun üçün qaytarın, məni izləyin, yeni yeri deyəcəyəm”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 39° isti olacaq

  • 17.06.2024 - 12:59
image

Zelenski şərtini açıqladı

  • 16.06.2024 - 19:28
image

“28 May”da kütləvi DAVA

  • 14.06.2024 - 10:33