Bazar ertəsi, 17 İyun

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - AÇIQLAMA

image

Hacıqabulda 6-cı sinif şagirdinin ölməsi ilə bağlı TƏBİB açıqlama verib.

Qurumdan baş vermiş hadisə ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, 16.05.2024-cü il tarixində saat 20:31-də 2012-ci il təvəllüdlü şəxs (qadın cinsli) dəri və selikli qişalarda sianoz, təngnəfəslik, kaxektik, aqonal vəziyyətdə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib.

"Daxil olarkən ilkin diaqnoz təxminən 8-9 ay əvvəl keçirtdiyi ensefalitdən sonrakı ağırlaşma, aspirasion pnevmoniya təyin edilib.

Bakı şəhərindəki tibb müəssisəsinə təxliyə zamanı təcili tibbi yardım avtomobilində həkimlərin səylərinə baxmayaraq, xəstənin ölümü qeydə alınıb", - deyə açıqlamada qeyd olunur.

Əzizə İsmayılova

17:20

Hacıqabulda 6-cı sinif şagirdi xəstəlikdən həyatını itirib.

Xəbər verilir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Məlumata görə, şəhərin F.Süleymanov adına 3 nömrəli tam orta məktəbinin Vl sinif şagirdi Aylin Səmədli dünyasını dəyişib.

Onun qızılcaya yoluxduqdan sonra səhhətinin pisləşdiyi bildirilib.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 39° isti olacaq

  • 17.06.2024 - 12:59
image

Zelenski şərtini açıqladı

  • 16.06.2024 - 19:28
image

“28 May”da kütləvi DAVA

  • 14.06.2024 - 10:33
image

Lavrov Donbasa səfər edəcək

  • 12.06.2024 - 19:22
image

Bu rayonda qaz olmayacaq

  • 12.06.2024 - 15:49